Sabiq elektrik və qaz tarifləri təsdiqləndi: Mavi yanacaq və işığın qiyməti bahalaşacaq?

Azərbaycanda 1 iyul 2025-ci ildən etibarən əhali üçün qaz və elektrik enerjisi üzrə yeni sabit aylıq ödəniş modelləri tətbiq olunmağa başlanıb. Yeni modelə əsasən, 15 kv/saat elektrik enerjisi və 30 kubmetr qaz istehlakı üçün vətəndaşlar ayda cəmi 1 manat sabit ödəniş edəcəklər.
Maraqlıdır, bu sabit tarif modeli gələcəkdə əsas tariflərin artırılmasına zəmin hazırlaya bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli “Konkret.az”a açıqlama verib.
Ekspert bildirib ki, tətbiq edilən sabit tarif modeli gələcəkdə əsas tariflərin artırılmasına zəmin yaratmayacaq:
“Əgər dövlət tarifləri artırmaq istəsəydi, bunun üçün bəhanəyə ehtiyac olmazdı. Yanvar ayında həm elektrik, həm də qaz üçün bütün limitlər üzrə tariflər artırıldı. Aşağı limitdə 5 faizə qədər, orta limitdə 20 faiz, yuxarı limitdə isə 25 faizədək artım qeydə alındı. Hökumət bunu istəsə, bir və ya iki ildən sonra yenidən təkrarlaya bilər”.
Xalid Kərimli qeyd edib ki, yeni sabit tarif modeli hökumətin qiymət artımına gedəcəyi ilə deyil, hesabatlılığın və idarəetmənin yaxşılaşdırılması məqsədilə tətbiq olunub:
“Bu, əslində, yeni tarifləndirmə sistemidir. Gələcəkdə də ümumi tariflərin artmasının qarşısını ala biləcək amildir. Çünki sistem şəffaflaşdırılır və xərclərin izlənməsi daha asan olur”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












