“Sarı tor"a girməyə görə cərimə: yenilik, yoxsa qanundan bixəbərlik?

Bir neçə il əvvəl Bakı küçələrində tıxacların qarşısını almaq üçün yol kəsişmələrinə sarı tor çəkilərkən bəzi sürücülər çaş-baş qaldılar. Torun üstündə dayanmağa görə cərimə yazılması sürücülərə qəribə gəlirdi. Sanki bu qayda yenilik imiş.
Bəs reallıqda necədir? Belə bir qayda yalnız Azərbaycanda mövcuddurmu?
Avtosfer.az xəbər verir ki, yol hərəkətinin təşkilinə dair Vyana konvensiyasının 5-ci maddəsinə görə, yol hərəkəti iştirakçısı ona şübhəli və ya ziddiyyətli gəlsə belə, yol işarələrinin tələbinə əməl etməlidir.
Eyni konvensiyanın 7-ci maddəsinə görə, yol hərəkəti iştirakçıları hərəkətə təhlükə və ya maneə yaradan bütün davranışlarından uzaq olmalıdır.
8 noyabr 1968-ci ildə qəbul olunmuş sənədə Azərbaycan 3 iyul 2002-ci ildə qoşulub. Bir qədər də geriyə getsək, SSRİ bu sənədi 1974-cü ildə, qüvvəyə minəndən 3 il əvvəl ratifikasiya edib. Bu ratifikasiya sənədin Azərbaycan SSR-də də keçərli olması demək idi.
İndi gəlim sözümün Mustafasına: belə situasiya ilə qarşılaşan sürücülərin məsələdən agah olmadıqlarını, boş yerə polislə mübahisə etdiklərini çox görmüşəm. Amma reallıqda oxşar tələb, yəni yol kəsişməsini məşğul etməmək və digər hərəkət iştirakçılarına mane olmamaq tələbi qanunvericiliyimizdə azı yarım əsrdir mövcuddur. Eyni tələbin Azərbaycan SSR, yaxud Azərbaycan Respublikası qanununda əks olunması işin mahiyyətini dəyişmir. O ki qaldı yerə sarı tor çəkilməsinə, polis və ya digər qurumlar bunu etməyə də bilər. Konvensiya sonsuz sayda yol nişanlarının yaradılmasını qadağan edir.
20 ilin sürücüsü yarım əsrdir mövcud olan qanundan bixəbərdirsə, o zaman təqsiri özündə axtarmalıdır. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
Vüqar
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












