Saxta cərrahların ardınca saxta hüquqşünaslar - Özümüzü onlardan necə qorumalıyıq?

Son vaxtlar saxta cərrahlarla yanaşı, saxta hüquqşünasların da sayı artıb. Təəssüf ki, onların toruna düşən, aldadılan vətəndaşlarımız var. TikTok-da izləyiciləri aldatmaqla məşhurlaşan saxta hüquqşünaslar ortaya çıxıb. Son nümunə isə Səbiyyə Panəliyeva olub. O, 145 zərərçəkmişin ümumilikdə 449 916 manatını dələduzluq yolu ilə ələ keçirib. Daxili İşlər Nazirliyindən bildirilib ki, Panəliyeva Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə həbs olunub. İstintaq zamanı vurulan ziyanın 381 529 manatı artıq ödənilib, cinayət işinin ibtidai istintaqı isə davam etdirilir.
Bu cür dələduzluq halları artarkən saxta hüquqşünasın qurbanı olmamaq üçün nə etməliyik? Həqiqi hüquqşünasın hansı rəsmi sənədləri olmalıdır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirir ki, əgər vətəndaşların məhkəmədə təmsilçilik xidmətinə ehtiyacı varsa, onlar mütləq şəkildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlərinə müraciət etməlidirlər:
“Hüquq prosesi ilə bağlı konsultasiya və ya sənədlərin tərtibatında istənilən hüquqşünasdan istifadə edə bilərlər. Amma məhkəmələrdə mütləq şəkildə şəxsin təmsilçiliyi Vəkillər Kollegiyasının üzvü olan bir vəkil tərəfindən həyata keçirilməlidir. Şəxsin real hüquqşünas olub olmadığını bilmək üçün ondan vəkil vəsiqəsinin nömrəsini və ya adı, soyadı və atasının adını soruşa bilərlər. Bu məlumatlar əsasında internet resurslarından şəxsin Vəkillər Kollegiyasına üzv olub olmamasını dəqiqləşdirə bilərlər. Eyni zamanda, vəkillərin reyestrində bu şəxs barədə məlumat aşkar olunmadıqda, bununla bağlı Vəkillər Kollegiyasının şəhər nömrələri ilə əlaqə saxlayaraq vəkil adından qanunsuz istifadə edən şəxsin məlumatlarını və əlaqə nömrələrini bildirə bilərlər. Bu halda şəxs Azərbaycan Respiblikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunması təmin ediləcək”.
Hüquqşünas qeyd edir ki, əgər vətəndaş dələduzluq edən şəxsin yalnız konsultasiyasından istifadə edibsə belə, məhkəmədə təmsilçilik xidmətindən istifadə etmədiyinə görə pulunu geri tələb edə bilər:
“Bu məsələ ilə bağlı bəzən Vəkillər Kollegiyası tərəfindən vətəndaşların ehtiyatlı olması təbliğ olunur. Vətəndaş aldadıldıqdan sonra dərhal hüquq-mühafizə orqanlarına müraciət edərsə, dələduzluq barədə araşdırma aparılacaq və onun pozulmuş hüquqları bərpa olunacaq. Unutmayaq ki, Kollegiya üzvlərinin əksəriyyəti yazılı, şifahi və müsahibə və icbari təlim mərhələlərini keçdikdən sonra vəkil olurlar. Konstitusiyamıza görə, Vəkillər Kollegiyasının üzvləri bu proseslərdən sonra keyfiyyətli hüquqi yardımla məşğul ola bilirlər”.
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər











