"Şəhər və magistral yollarda yol hərəkətinin təhlükəsizliyi artacaq" - Ekspert

"Ağıllı radarlar yol hərəkəti təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulmuş müasir nəzarət sistemləridir və avtomatlaşdırılmışdır. Sadə radarlardan fərqli olaraq, ağıllı radarlar yalnız sürəti ölçmür, həm də digər qayda pozuntularını qeyd edə bilir". Avtosfer.az xəbər verir ki, bunu "Demokrat"a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, sürət həddini aşan sürücüləri müəyyənləşdirir və eyni anda bir neçə zolaqdakı hərəkəti izləyə bilir:
"İşıqforun qırmızı işığında keçən avtomobilləri avtomatik qeyd edir və avtobus zolaqlarına daxil olan avtomobilləri tanıya bilir. Bu radarlar mikrofunksiyalı qurğulardır və adətən magistral yollar, şəhər yolları, tunellər və müxtəlif işıqforlarla idarə olunan ərazilərdə quraşdırılır. Onların məqsədi insan müdaxiləsi olmadan sürətli və dəqiq şəkildə qayda pozuntularını aşkar etməkdir. Ağıllı radarlar şəkil və video məlumatlarını işləyərək avtomatik monitorinq aparır".
Ekspert bildirib ki, yolda hərəkətlərin izlənməsi, tənzimlənməsi və müasir texnologiyalarla idarə olunması vacibdir:
"Lakin bəzi yolların qaranlıq olması sürücülər üçün risk yaradır. Optimal olardı ki, yol boyunca işıqlandırma təmin edilsin. Hazırda yalnız bəzi hissələr işıqlandırılıb, bu da qaranlıq saatlarda manevr edən sürücülər üçün təhlükə yarada bilər".
Onun sözlərinə görə, radarların quraşdırılması, yol nişanlarının qorunması, texniki dəstəyin təmin edilməsi və qəza baş verdikdə avtomobillərə servis mərkəzləri və ilkin tibbi yardımın göstərilməsi kimi tədbirlər, yol hərəkətini daha təhlükəsiz və idarəolunan edir.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










