Şəhərdə taksilər niyə YOXA ÇIXIB? – AÇIQLAMA

Son günlər paytaxtda taksi tapmaq müşkülə çevrilib. Sanki şəhərdə taksilər yoxa çıxıb. Halbuki ölkədə taksi fəaliyyəti ilə məşğul olan çox sayda şirkət var. Bununla bağlı sosial şəbəkələrdə şikayətlər artmağa başlayıb. Qeyd olunub ki, bəzən sifariş edilən taksiləri yarım saatdan çox gözləməli olursan. Ucuz qiymətə xidmət göstərən taksiləri isə tapmaq mümkün olmur. Ünvana çatmaqda çətinlik çəkən sərnişinlər bu durumdan çaş-baş qalıblar.
Maraqlıdır, taksilər hara yoxa çıxıb?
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi qərarlar qəbul olunub və “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərdən sonra bütün bu baş verənlər gözlənilən idi:
“Çünki bu sahədə təmizlənmə işi aparıldı və bu, olduqca vacib idi. Ona görə ki, illərdir insanlar narazılıq edirdilər, narahatlıq keçirirdilər, taksi sürücüləri arasında xaos yaranırdı, qadınlara qarşı əxlaqsız təkliflər, hərəkətlər edənlər olurdu, içlərindən narkomanlar, psixopatlar çıxdı”.
Ekspert bildirib ki, yəni bu kimi neqativ hallar çox baş verirdi deyə, dövlət qanunlar qəbul etdi ki, bu sahədə nizam-intizam yaransın:
“Bu nizam-intizam yarandıqca, belə seyrəlmələrin baş verməsi təbiidir. Düzdür, müəyyən çətinliklər yaranıb, insanlar vaxtında taksi tapa bilmirlər. Amma zamanla bu problemlərin aradan qalxacağına inanıram.
Qeyd edim ki, taksi şirkətlərinin qiymətləri qaldırması sürücülər üçün sərfəlidir. Özümüz qanun-qayda istəyirdik, sonra da şikayətlənirik ki, taksi tapılmır. Qayda-qanunla işləyəndə də belə olur. Yəni təbii prosesdir, lakin zamanla bu problemlərin aradan qalxacağını düşünürəm”.
(bizim.media)
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










