“Şəhərətrafı qəsəbələrdə də yeni avtobusların istismara verilməsinə ehtiyac var" - Ekspert

Bu ilin may ayında 30 və 11 nömrəli müntəzəm marşrut xətləri, iyun ayında isə 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma “Bakubus” MMC-nin istismarına verilib. Bundan sonra həmin marşrutlar üzrə xətlərə yeni Avro 6 standartlarına cavab verən avtobuslar buraxılıb.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Avtosfer.az-a verdiyi açıqlamada avtobus parklarında aparılan bu yenilənmələrin müsbət addım olduğunu bildirib: “Bir sıra marşrut xətləri üzrə avtobusların yenilənməsi çox gözəl təşəbbüsdür. Bu proses mərhələli şəkildə baş verəcək. Bildiyimə görə, 415 yeni avtobusun alınması və dəyişdirilməsi nəzərdə tutulub. 30, 11 və 24 nömrəli marşrutların dəyişdirilməsini artıq cəmiyyət də müsbət qarşılayıb. Həmin maşrut xətləri üzrə ciddi narazılıqlar var idi. Müasir tələblər var ki, bir çox daşıyıcı şirkətlər bu tələblərə cavab verə bilmir. Ona görə də həmin marşrut xətləri onlardan alınır, daşıyıcı şirkətlər arasında müsabiqə elan edilir və qalib gələn şirkət həmin xəttin istismarını həyata keçirməyə başlayır”.
Ekspert şəhərətrafı qəsəbələrdə də yeni avtobusların istismara verilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb: “Bu tendensiya şəhərətrafı qəsəbələrə də tətbiq edilsəydi yaxşı olardı. Uzaq məsafədə olan Bilgəh, Pirşağı, Ələt kimi qəsəbələrdən qəsəbələrdən gələn vətəndaşlarımız bir yox, bir neçə marşrut dəyişməyə məcbur olurlar. Üstəgəl, onlar uzun məsafəni narahat avtobusda gəlməyə məcbur olurlar. Bunları nəzərə alaraq həmin vətəndaşların da şəhərə daha rahat çatmasını təmin etmək lazımdır. Digər məsələ, şəhərətrafı qəsəbələrdəki yol infrasturkturunun səviyyəsidir. Elə qəsəbələr var ki, orda iritutumlu avtobusun manevr etmək imkanı yoxdur. Ona görə də həmin ərazilərdə xırdatutumlu avtobusları xətlərə buraxacaqlar. BNA özü də bu məsələdə monitorinqlər keçirir, “Çağrı mərkəzi”nə gələn şikayətlərin əsasən hansı istiqamətdə olduğunu nəzərə alaraq həmin istiqamətdə işləri intensivləşdirir”.
Fidan
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










