Şəhid balasının "avtoş"luğu və ya bu adı niyə ucuz tuturlar? - VİDEO

Bir vətəndaş Avtosfer.az-a yazıb məni çox məyus etdi. Qısa dialoqumuz aşağıdakı kimi oldu:
- Salam. Mənim qardaşımın videosunu paylaşmısınız.
Avtosfer.az:
- Yəqin qayda pozub ki, paylaşmışıq. Olmaz?
- Mən qaziyəm, şəhid övladıyam. Mənim xətrimə silin onu...
Əziz qazilər, şəhid ailələri, bizə əmanət olan şəhid balaları. Atalarınız gedib torpaqlarımızı işğaldan azad etmək can qoymadı ki, siz gəlib burada avtoxuliqanlıq edib şou göstərəsiniz.
Əziz qazilər, bəlkə siz döyüşə ona görə qatılmışdınız kı, rahat avtoşluq edəsiniz və heç kim də sizə bir söz deməsin?
Dövləti qorumaq üçün can qoyanlar gəlib burada dövlətin qayda-qanunlarını tapdalamaz. Özqünə, şəhidinə, qaziliyinə hörmət edən heç kim belə cılız işlərlə məşğul olmaz.
Axı niyə tez-tez xəbərlərdə eşidək ki, qazi yol qəzasında öldü, şəhid övladını maşın vurdu, şəhid övladı qəzaya düşdü? Axı niyə deməsinlər ki, şəhid övladı yüksək balla ali məktəbə qəbul oldu? Niyə yazmasınlar ki, qazi qardaşımız kiçik biznesdə uğur qazandı, hansısa ixtiraya imza atdı? Hə?
O gün eşitdim ki, şəhid qardaşı yeni bir avtomobil dizaynına imza ataraq maketini yaradıb. Pisdir? Adama ləzzət edir. Amma sizin etdiyiniz cılız hərəkətlər şəhid ailəsinə də, qaziliyə də yaraşmır...
Aşağıdakı videoya baxıb özünüz qərar verin...
Elməddin Muradlı

"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?











