Səkilərin avtomobillər tərəfindən zəbt olunması problemi bu yolla həll oluna bilər - RƏY

Piyada təhlükəsizliyinin və rahatlığının təmin olunmasında səkilər xüsusi önəm daşıyır. Lakin bəzi hallarda sürücülər qaydaları pozaraq avtomobillərini səkilərdə park edir və piyadaların keçidinə maneə yaradırlar. Bu isə vətəndaşların yolun hərəkət hissəsinə keçməsinə və təhlükəli vəziyyətin ortaya çıxmasına gətirib çıxarır. Bəs bu problemin aradan qaldırılmasında səkilərdə quraşdırılan tumbaların hansı əhəmiyyəti var?
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev bildirdi ki, dövrümüzdə sürücü və piyadaların yol hərəkəti qaydalarına əməl etmələri üçün müəyyən sərt tədbirlər həyata keçirmək məcburiyyəti yaranır:
"Belə tədbirlərdən biri olaraq səkilərin kənarlarına tumbaların quraşdırılmasını göstərmək olar. Bu baryerlər avtomobillərin səkilərdə park edilməsinin və piyadaların hərəkətinə maneə yaratmasının qarşısını alır. Paytaxtın bir çox yerində bu baryerlər quraşdırılıb və bir sıra yerlərdə bu cür tumbaların quraşdırılması olduqca vacibdir. Çünki avtomobillərin sıx olduğu və parkinq probleminin mövcud olduğu ərazilərdə sürücülər qaydaları pozaraq avtomobillərini səkilərdə park edirlər".
Ekspertin sözlərinə görə, piyada təhlükəsizliyinin təmin olunması üçün tumbaların quraşdırılması xüsusi önəm daşıyır: "Bunun nəticəsində həmin səkilər avtomobillərdən qorunaraq piyadaların öhdəsinə verilir. Bakı Nəqliyyat Agentliyi tərəfindən bu işlər şəhərin bir çox yerlərində həyata keçirilir".
Y. Mustafayev bu baryerlərin quraşdırılması zamanı
analiz aparılaraq mütəxəssislər tərəfindən rəy alınmalı olduğunu qeyd edib: "Əks halda bu, yolun ümumi vəziyyətinə mənfi təsir edə bilər. Belə ki, yanlış yerlərdə qurulan tumbalar yolun daralmasına və hərəkətin iflic olmasına səbəb ola bilər. Buna görə də, vacib olan yerlərdə baryerlərin quraşdırılması ilə effektiv nəticə əldə etmək olar".
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?











