“Sənə Poladın qanını gətirdim” deyib erməni polkovnikin başını kəsən ŞƏHİDİMİZ - VİDEO

Yazarlar 9 Dekabr 2020 16:02 Oxunub 38026
“Sənə Poladın qanını gətirdim” deyib erməni polkovnikin başını kəsən ŞƏHİDİMİZ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o zirvəyə ucaldım”. Bu sözlər 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan kapitan Elçin İsmayılova məxsusdur. Ermənilərin 23 yüksək rütbəli zabitini təkbaşına məhv edən, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, “Yaşma” taborun qərargah rəisinin müavini, kəşfiyyatçı, döyüş komandiri şəhid kapitan İsmayılov Elçin Mübariz oğlu 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub.

“Report” xəbər verir ki, Elçinin qardaşları İsmayılov Nurlan və İsmayılov Elvin də cəbhə bölgəsindədirlər.

Elçin 1995-ci ildə Ucar rayonunda 1 saylı orta məktəbə gedib və 2006-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. Hətta məktəbdə hərbiyə, Vətənə aid bütün tədbirlərdə fəal iştirak edib və I yerə layiq gorülüb. Onun iştirak etdiyi “Cəsurlar” (1998) və “Şahin” (1996) adlı hərbi-idman oyunları VII-VIII, X-XI sinif şagirdləri arasında keçirilən çoxməqsədli və maraqlı layihələrdən olub. Çox sayda Fəxri Fərman, təltiflər və s. layiq görülüb. Qarabağ müharibəsi ilə həmyaşıd idi şəhidimiz...

2010-cu ildə Azərbaycan Ali Hərbi Məktəbini motoatıcı tağım komandiri üzrə bitirib. Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabitlərin təkmilləşdirmə kursunda dinləyici vəzifəsində xidmət etmək üçün göndərilib və oranı “Əla” nəticə ilə tamamlayıb.

2011-ci il iyul ayının 24-də “N” saylı hərbi hissənin V motoatıcı taboruna tağım komandiri kimi xidmətə yollanıb. Həmin hərbi hissədə bir müddət işlədikdən sonra könüllü olaraq 2011-ci ilin noyabr ayından 2012-ci ilin sonuna qədər Xüsusi Təyinatlı Qüvvələrə öz adını yazdırıb.

Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsindən 300 nəfərdən 19 nəfər uğurla keçib və həmin 19 nəfərin daxilində İsmayılov Elçin də vardı. Xüsusi Təyinatlı Qüvvələrə daxil olduqdan sonra dəfələrlə Türkiyədə hərbi təlimlərdə iştirak edərək bütün imtahanlardan uğurla keçib Fəxri Fərmanlarla və medallarla mükafatlandırılıb.

2012-ci il oktyabrın 7-də şəhidimiz Elçin ailə həyatı qurub və həmin gözəl təməli qoyulmuş ailədən iki oğlan övladı Ömər və Mübariz dünyaya gəlib. Ömər 8 yanvar 2014-cü ildə, Mübariz isə 24 may 2016-cı ildə Bakı şəhərində anadan olublar. Böyük oğlu Ömər bu il 1-ci sinfə gedib. Çox təəssüflər olsun ki, atası müharibədən öncə keçirilən təlimlərdə iştirak etdiyinə görə oğlunun 1-ci sinifə getdiyini görməyib.

Qəhrəman hərbçimiz 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətlərindəki döyüşlərdə iştirak edib. 2016-ci ildə Elçin Aprel döyüşlərində Talış kəndi istiqamətində gedən savaşda fəal iştirak edib. Lakin onlar - kəşfiyyatçılar gözə görünməz qəhrəmanlar olduqlarına görə heç bir mənbədə adları çəkilməyib, çünki düşmən “kabusu” tanımamalıdır. Həmin ildə qardaşı Nurlan da Aprel döyüşlərində iştirak edib. 2015-ci ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək amerikalı təlimatçılar tərəfindən Goran Təlim Mərkəzində yüksək göstərici ilə “Special Operations Training” kursunu uğurla keçərək sertifikatla təltif olunub. 2018-ci ilin iyul ayında Türkiyə Respublikasında “Anadolu Tatbikatı” təlimində iştirak edib.

Uzunmüddətli təlimlərdən və hazırlıqlardan sonra 2020-ci il sentyabrın 26-dan 27-nə keçən gecə Vətən müharibəsində döyüş komandiri olub. İlk olaraq Murovdağ zirvəsinin fəthində fəal iştirak edib. Daha sonra Cəbrayıl rayonunun işğaldan azad edilməsində iştirak edib və ilk dəfə oktyabrın 4-də Cəbrayılda Azərbaycan bayrağı döyüş komandiri kapitan İsmayılov Elçin Mübariz oğlu tərəfindən ucaldılıb. Erməni polkovnikinin başını kəsərək qulağına “Sənə Poladın qanını gətirdim” deyib. Təkbətək döyüşdə Ermənistan silahlı qüvvələrinin 23 yüksək rütbəli zabitini tək başına, ümumilikdə isə 200-dən çox erməni hərbiçisini və çox sayda döyüş texnikasını məhv edir.

Qeyd edək ki, Elçinlə bərabər, Vətən müharibəsində qardaşları Nurlan və Elvin də ön cəbhədə Vətən uğrunda döyüşüblər.

Qəhrəmanımız məhz toy gününə təsadüf edən tarixdə - 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh