Banner

Şər vaxtı baş verən qəzaların sayı artıb - VİDEO

Yazarlar 5 Sentyabr 2014 16:38 Oxunub 2113
Şər vaxtı baş verən qəzaların sayı artıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin 7 ayında respublika yollarında 1448 yol nəqliyyat hadisəsi baş verib

Bu ilin 7 ayında respublika yollarında 1448 yol nəqliyyat hadisəsi baş verib. ANS-in mməumatına görə, sentyabr ayı başlayandan təkcə respublika yollarında baş verən qəzalarda 10 nəfər dünyasını dəyişib. Ən dəhşətli qəza Sabunçu rayonu Zabrat Maştağa yolunda baş verib. “VAZ 2106” və “Mersedes” markalı maşınların toqquşması zamanı “VAZ 2106”-dakı 6 nəfərin 6-da hadisə yerindəcə keçinib. Ağır yol qəzasına səbəb “VAZ 2106” -nın əks yolla gələn “Mersedes”in qarşısına çıxması olub. Xüsusilə şər vaxtı baş verən qəzalara səbəb tək dönmə, ötmə əməliyyatlırının düzgün aparılması deyil, həm də yüksək sürətdir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən(BŞDYPİ) verilən məlumata görə, təkcə bu ilin 7 ayında respublikanın avtomobil yollarında 1448 yol nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 609 nəfər həlak olub,1483 nəfər yaralanıb. Sürət həddinin aşılması 211 nəfərin həyatına son qoyub.

Həmişə olduğu kimi bu dəfə də ümumi qəzaların böyük faizini piyadaların vurulması təşkil edir. Paytaxtın Nizami rayonunda qeydə alınan yol nəqliyyat hadisəsində 46 yaşlı piyada Yura Məmmədov diqqətsizliyin qurbanı olub. O yolu keçərkən “Mersedes” markalı avtomobilin zərbəsinə tuş gəlib və aldığı ağır xəsarətlərdən elə hadisə yerindəcə ölüb.

BŞDYPİ-nin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, 7 ay ərzində 533 piyadanın vurulması nəticəsində 192 piyada dünyasını dəyişib və 384 nəfər isə yaralanıb. İl tam başa çatmasa da avtobus sürücülərinin iştirakı ilə baş verən qəzalar da say etibari ilə az deyil. Hələ yük avtomobillərinin törətdiyi bədbəxt hadisələri demirik. BŞDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev sürücüləri idarə etdikləri nəqliyyat növündən asılı olmayaraq diqqətli olmağa çağırır. O bildirib ki bu müddət ərzində avtobus sürücüləri 47 yol nəqliyyat hadisəsi törədib. Bu qəzalarda 20 nəfər həlak olub və 50 nəfər isə yaralanıb. Yük avtomobil sürücüləri isə 81 yol hadisəsi törədib ki, bu hadisədə 35 nəfər həlak olub və 87 nəfər isə yaralanıb.

Hər birimiz diqqəti əldən verməməliyik. Çünki hər an piyada, sürücü qismində yolun hərəkət zolağında ola bilərik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh