Sığortaya gec məlumat verildikdə ödəniş edilmir? - Ekspertdən AÇIQLAMA

Vətəndaşlardan biri problemini bildirərək qeyd edib ki, maşını parkinqdə olan zaman maşınını vurublar. Hadisəni törədən şəxs polisə məlumat verdikdən sonra, öz nömrəsini qeyd edərək hadisə yerini tərk edib. Vətəndaş təxminən 10 saat sonra hadisədən xəbərdar olub və bundan sonra sığorta şirkəti ilə əlaqə saxlayıb. Sığorta şirkəti isə bildirib ki, hadisə zamanı zəng olunmalı idi.
Bəs bu hallarda sığorta şirkəti ödəniş etməkdən boyun qaçıra bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a danışan sığorta eksperti Nicat Əlibəyli bildirdi ki, hadisə baş verdiyi anda bacardıqca sığorta şirkətinə məlumat vermək lazımdır:
"Bəzi istisna hallar mövcuddur; bu da o hallardan biridir. Polisə məlumat verilibsə, yəqin ki, hadisə və maşın təsvir edilib, eləcə də polisə hansı tarixdə və saatda zəng edildiyi faktı qeyd olunub. Bu, bir sübut kimi qiymətləndirilə bilər. Sığorta şirkəti vaxtında məlumat verilmədiyini bildirə bilər və bunda haqlıdır, amma bu, ödənişin edilməyəcəyi mənasına gəlmir. Polis rəyindən sonra məsələ müəyyən olunur. Əgər polis hadisəni törədən şəxsin hadisədən yayındığını qeyd etsə, inanmıram ki, belə bir vəziyyət yaransın, çünki hadisəni törədən şəxs polisə məlumat verib və hadisə qeydiyyata alınıb. Bu zaman bildiyimiz qaydada prosedur davam edəcək. Polis tərəfindən forma 4 müvafiq sığorta şirkətinə təqdim olunacaq".

Ekspert qeyd etdi ki, əgər hadisə qeydə alınmayıbsa, hadisəni törədən şəxs hadisə yerindən yayınıbsa, bu zaman yenə də polisin təqdim etdiyi arayışda şəxsin hadisə yerindən yayınması qeyd olunur.
"Məlumat sığorta şirkətinə yönləndirilir. Bu zaman sığorta şirkəti yenə də ödənişi edir. Lakin hadisəni törədən şəxsdən zərər çəkmişə ödədiyi məbləği sğorta şirkəti geri tələb edə bilir. Qeyd etdiyim kimi, hadisə qeydiyyata alınıbsa, problem yaşanmır. Belə halda, zərər çəkən şəxsin məlumatları sığorta şirkətinə təqdim edərək ödənişi ala bilməsi mümkündür", - deyə N.Əlibəyli bildirdi.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












