Siqnaldan yersiz istifadə edən sürücülərin nəzərinə: Bu qədər cərimə oluna bilərsiz...

Sürücülərin yerli-yersiz səs siqnalından istifadə etmələri, adətən bir-birilərinə siqnalla cavab vermələri hər zaman aktual müzakirə mövzusudur. Təklif edilir ki, belə halların qarşısını almaq məqsədilə Dövlət Yol Polisi tərəfindən həmin sürücülərlə bağlı tədbir görülsün, nəzarət gücləndirilsin.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Pravda.az-a açıqlamasında deyib ki, səs siqnallarından istifadə “Yol hərəkəti haqqında” qanunla müəyyənləşdirilmiş qaydalardan biridir:
“Səs siqnallarından yalnız şəhər daxilində, yaşayış məntəqələrində yol nəqliyyat hadisəsinin baş verməsinin qarşısını almaq üçün istifadə oluna bilər. Bəzən qarşıdan gələn maşın sizin yolunuza çıxır, yaxud yol ayrıcında sizə yol vermir və ya piyada fikirlidir, üzü əks istiqamətə baxa-baxa sizə doğru gəlir, özünü maşının qabağına atır... Bu kimi hallarda xəbərdarlıq məqsədilə siqnaldan istifadə etmək olar. Yaşayış məntəqələrindən kənarda isə yalnız ötmə əməliyyatı aparılan zaman qarşıdakı nəqliyyat vasitələrini xəbərdar etmək üçün səs və işıq siqnalından istifadə icazəlidir. Digər hallarda siqnal vermək qadağandır və buna görə 30 manat cərimə tətbiq edilir. Sadəcə, siqnal verən sürücünü aşkar etmək çətindir. Yəni siz hansısa “X” maşını saxlayırsınız, o maşının sürücüsü isə deyir ki, siqnal verən mən deyildim. Sübut etmək çətindir, problem budur...”
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












