Sistemdə bir avtomobil görünür, əvəzində başqa maşın gəlir - Bu cür halla qarşılaşanlar nə etməlidir?

Sərnişinlər son dövrlərdə “Uber” və “Bolt” kimi taksi platformalarında sifariş zamanı sistemdə göstərilən avtomobil əvəzinə başqa maşının göndərilməsi halları ilə qarşılaşdıqlarını bildirirlər.
Maraqlıdır, belə olan hallarda sərnişinlər hara müraciət etməlidir? Bu sürücüləri cəza gözləyirmi?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev konkret.az-a açıqlamasında bildirib ki, bu cür hallarda sərnişinlərə diqqətli olmaq və aidiyyəti üzrə rəsmi şəkildə müraciət etmək tövsiyə edilir.
“Belə hallar xidmət keyfiyyətinin pozulması və sərnişin təhlükəsizliyinin risk altına düşməsi kimi qiymətləndirilir. Sərnişinlər bu kimi hallarla qarşılaşdıqda AYNA-nın qaynar xətt nömrələrinə, sosial media hesablarına və ya WhatsApp əlaqə nömrələrinə məlumat verə bilərlər.
Şikayət zamanı aşağıdakı məlumatların təqdim edilməsi vacibdir:
•Hadisənin baş verdiyi tarix və saat;
•Sifarişin nömrəsi və ya platforma üzərindən məlumat;
•Göstərilən və gələn avtomobilin dövlət qeydiyyat nişanları;
•Avtomobil markası və sürücünün adı.
Daxil olan məlumatlar araşdırılır və qaydalara zidd davranan sürücülər barəsində ciddi tədbirlər görülür. Bu tədbirlər sürücünün platformadan uzaqlaşdırılmasına qədər gedə bilər”.
Ekspert qeyd edir ki, bu cür pozuntular sərnişinlərin təhlükəsizliyi baxımından risk daşıdığından, hər bir istifadəçi belə halları vaxtında və rəsmi şəkildə bildirməlidir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












