Skuter üzərində iki nəfərin olması İNZİBATİ MƏSULİYYƏT YARADIR? - AÇIQLAMA

Skuter üzərində iki şəxsin olması tarazlığın pozulması və qəza riskinin artmasına səbəb ola bilər. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Qeyd olunub ki, təhlükəsiz hərəkət üçün skuteri tək istifadə etmək lazımdır.
Bəs skuterdə iki nəfərin olması inzibati məsuliyyət yaradırmı və buna görə cərimə nəzərdə tutulubmu?
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, skuterdə iki nəfərin hərəkət etməsi inzibati məsuliyyət yaradır.
"İnzibati Xətalar Məcəlləsinin (İXM) 338.4-1-ci maddəsinə əsasən kiçik elektrikli nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən bu tip nəqliyyat vasitələrində sərnişin daşınmasına və yol hərəkəti qaydalarının pozulmasına görə inzibati olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulur. Skuter də ikitəkərli nəqliyyat vasitəsi hesab olunduğuna görə, skuterlə sərnişindaşıma və yaxud da idarəetməyə maneçilik törədən əlavə yüklərin daşınması da inzibati məsuliyyət yaradır", - deyə məlumatda bildirilib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












