Skuterdən istifadə edənlərin nəzərinə - Xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər - VİDEO

Cəmi bir dəfə skuterdən istifadə edən şəxsin kartından onun icazəsi olmadan abunə haqqı çıxılıb. Avtosfer.az xəbər verir ki, "Jet" adlı şirkətə məxsus olan skuterlərdən istifadə üçün yüklədikləri tətbiq onları avtomatik abunə edib və hər ay kartdan ödəniş çıxır. Məlumat almaq üçün şirkətin sosial şəbəkəsinə daxil olduq. Məlum oldu ki, səhifədə olan şərhlərin əksəriyyəti elə eyni şikayətlə bağlıdır. Görünür, eyni problemlə üzləşən vətəndaşların sayı çoxdur. Sözügedən şirkətin skuterlərini istifadə edən şəxslərin digər problemi isə məbləğin yüksək olmasıdır. İstifadəçilərin sözlərindən də aydın olur ki, qısa məsafədə skuter sürmək taksidən belə baha başa gəlir. Qeyd olunan hallarla bağlı şirkətin əlaqə nömrəsinə və sosial şəbəkə hesablarına yazsaq da, onlardan cavab almaq mümükün olmadı.
Məsələ ilə bağlı AYNA-ya müraciət etdik. Agentlikdən bildirildi ki, məsələ araşdırılır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












