Banner

ŞOK VİDEO! At və it piyada keçidindən keçdi, insanlar keçmədi

Yazarlar 15 Sentyabr 2014 00:49 Oxunub 3226
ŞOK VİDEO! At və it piyada keçidindən keçdi, insanlar keçmədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçiddən keçməyənlər diqqətlə baxsın; Avtosfer.az saytı piyada mədəniyyətinə dair videoçarx hazırlayıb

Avtosfer.az saytı Bakı şəhərində piyada mədəniyyətinə həsr olunmuş videoçarx hazırlayıb. Burada maraqlı məqamları toplamağa çalışmışın. İnsanların və heyvanların yol mədəniyyətini əyani faktlarla diqqətinizə çatdırmaq istədik.

Bu çarxın hazırlanmasına o zaman zərurət yarandı ki, son vaxtlar piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayı artır. Əksər qəzalar isə ölümlə nəticələnir. Bu da hər kəs kimi, bizi də narahat edir. İnsanlar elə zənn edir ki, harada olsa sürücü piyadaya yol verməlidir. Amma məsələ burasındadır ki, canlı insan cansız əşya ilə, dəmir parçalarından yığılmış avtomobillə sanki bəhsə girib. Az qalırıq maşina deyək, sən gözlə, mən keçim. Nədir bu problemin həlli yolu? Nə baş verir? Şüurlu insan şüursuz əşya ilə niyə ölüm-dirim mübarizəsi aparır? Ağlı başında olan adam keçidin 5 metrliyindən keçərmi?

Nəzərinizə çatdıraq ki, piyadalar üçün cərimə 10 manatdan 20 manata qaldırılıb. Amma deyəsən vəziyyət yenə dəyişmir.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu ilin 8 ayı ərzində respublika ərazisində piyadaların vurulması ilə nəticələnən  620 yol qəzası baş verib. Nəticədə  235 nəfər ölüb, 440 nəfər yaralanıb. Respublika ərazisində baş verən yol qəzalarında 65 uşaq ölüb, 144-ü isə yaralanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, bu ilin 8 ayı ərzində piyadalara qarşı tərtib olunmuş inzibati protokolların sayı 90 minə çatır. Ötən il ərzində bu rəqəm 120 mindən artıq olub.

Rəqəmləri görüb xoflanmayın. Bu kadrları diqqətlə izləyib hər şeyi başa düşəcəksiniz. Bu, bizik! Yolun ortasından, maşınların arasından hopppana-hoppana gedən, polis saxlayıb cərimə yazmaq istəyəndə qaçmağa çalışanlarıq. Videonun axırındakı atla it isə həqiqi heyvanlardır. Yəni, onları maska geyinmiş insan zənn etməyin. Heyvandırlar və onlar da bizimlə eyni kainatda yaşayırlar. Necə olur ki, at və it keçiddən keçməyi öyrəndi, amma insanlar öyrənə bilmədi? Diqqət edin! İtin piyada keçidindən keçdiyi yer Bakının Vaqif küçəsidir. İt maşınları gözləyir, yol boşalandan sonra keçiddən keçir. İtdən 15 metr o yandakı insanlara da baxın. Piyada keçidi ola-ola ondan istifadə etmirlər. Daha doğrusu, keçiddən 2 metr o yanda özlərini yola atırlar. At isə Rusiyada keçiddən keçir. Bu da maraqlıdır.

Hər halda, bu kadrlarda insanların və heyvanların yol mədəniyyətinin şahidi olacaqsınız. İzləyin və paylaşın. Bəlkə, nəsə dəyişdi!

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh