Sosial şəbəkələrdə “avtoş”luğu təbliğ edənləri ağır cəzalar gözləyir – VİDEO

"Son zamanlar sosial şəbəkələrdə, xüsusən də instagramda qanun pozuntuları ilə müşahidə olunan “avtoavaralığın” (avtoxuliqanlıq) təbliğatı geniş vüsət alıb. Bu da bir çox xoşagəlməz hadisələrlə, qəzalarla nəticələnir. Hətta artıq dövlət qeydiyyat nömrələrini gizlətməkdən belə çəkinmirlər. Bu qədər hadisələrin, qəzaların olmasına baxmayaraq, bunların etdiyi qanun pozuntusu əlaməti olan videoları paylaşaraq təbliğatını aparırlar."

Bunu Avtosfer.az-a nəqliyyat eksperti Natiq Nazimoğlu deyib. Onun sözlərinə görə, bu cür hərəkətləri bəzi insanlar da dəstəkləyir. "Mövcud qanunvericilikdə olan cəza tədbirlərindən çəkinmirlər. Düzdür, polis orqanları bunlara qarşı mübarizə aparır, ancaq onların sayı azalmaqdansa təəssüf ki, artır. Polisin yol mədəniyyəti və ən əsası, təhlükəsizlik baxımından “avtoş”luğa qarşı bu cür tədbirlərinin davamlı olmasını dəstəkləyirəm."
Ekspert deyir ki, bu insanlar həm də həvəskardır. "Bəziləri avtomobildə etdiyi yenilikləri nümayiş etdirmək istəyir. Onların istəklərini nəzərə alaraq bunun üçün lap polis nəzarəti altında xüsusi məkanlar yaradılsa, pis olmazdı. Dünyanın qabaqcıl ölkələrində avtomobil həvəskarları üçün bu cür məkanlar yaradılıb. Ümidvaram ki, bizdə də bu cür şərait yaradılar. Belə məkanlar yaradılsa, düşünürəm ki, yollarda baş verən hadisələr, qəzalar nisbətən azalar."
Natiq Nazimoğlu yollarda digər yol hərəkət iştirakçılarına qarşı diqqətli, nəzakətli və ən əsası da, ehtiyatlı olmağa çağırıb. "Valideynlərin sizləri böyüdənədək hansı əziyyətlərə qatlandığını düşünün. Unutmayın ki, ətrafınızda olan insanları da valideyn böyüdür və sizin kimi onları da gözləyən var! Allah hər kəsə can əmanət edib, bu canı qorumaq hər kəsin borcudur. Və hər kəsin həyatda yaşamaq haqqı var!"
Gültən
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










