“Sovet hökumətini arzulayanlar, getsinlər ...” - Deputatdan təklif

“Əgər kimlərsə SSRİ-ni arzulayırsa, getsinlər Rusiyada yaşasınlar, onsuz da orada sovet hökumətidir”. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas deyib.
O bildirib ki, Azərbaycanda yürüş və ya “bayram” xarakterli tədbirlərdə sovet simvollarından istifadə qəbuledilməzdir.
“İncəsənəti, mədəniyyəti qadağan etmək olmaz, məsələn sovet filmlərinə mən özüm də baxıram. Düzdür, SSRİ dövründə çəkilən ekran əsərlərində göstərilən bəzi nüanslardan narazılığım var, amma tamamilə qadağan etmək olmaz. Amma SSRİ bayrağı qaldırmaq, sovet simvolları ilə yürüş qeyd etmək, “bayramlar” keçirmək düzgün deyil. Sovet hökumətinin bayrağını qaldırırlar, belə şey olar?! Olmaz. Nə olsun ki, sovet rəmzlərindən istifadə qanunla qadağan deyil, insanın mənəviyyatı, əxlaqı, dünyagörüşü var. Bu heç yaxşı hal deyildi, gərək olmayaydı”.
Aqil Abbas sovet simvollarının qanunla qadağan edilməsinin Milli Məclisdə müzakirə olunacağına inanmadığını da söyləyib:
“O ki, qaldı sovet simvollarından istifadənin qanunla qadağan edilməsinə, bunu real saymıram. Belə bir şeyin parlamentdə müzakirə olunacağını da gözləmirəm”.
Qeyd edək ki, Bakıda kommunist ideologiyasının təbliği məqsədilə SSRİ bayraqları ilə aksiya keçirən şəxslər saxlanılıb. Aksiya təşkilatçıları Abdulla İbrahimli və İbrahim Əsədli barəsində Nizami Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməkdə ittiham olunurlar.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











