Sükan arxasında olmaq hansı xəstəlikləri doğurur?

Avtomobildən müntəzəm və ifrat istifadə insan səhhəti üçün zərərlidir.
Avtosfer.az xəbər verir ki, bu qənaətə rus kardioloq, elmlər doktoru İvan Stepanenko gəlib.
Dokor bildirir ki, uzun müddət sükan arxasında olmaq azhərəkətli, passiv həyat tərzi formalaşdırır. Bu da çəkinin və arterial təzyiqin artması ilə nəticələnir. Bura yol hərəkətindəki stres, qeyri-müntəzəm iş qrafiki və ayaqüstü qidalanma da əlavə edildikdə alınan mənzərə heç də ürəkaçan olmur.
Stepanenkonun sözlərinə görə, uzun müddət sükan arxasında olanlarda hipertoniya və ürəyin işemik xəstəliyinin yaranması ehtimalı çox yüksəkdir. Məsələn, Braziliyada uzaq yol sürücülərinin yarıdan çoxu hipertoniyadan əziyyət çəkir. Əhalinin digər hissəsində isə bu xəstəlkiyə az rast gəlinir.
Lakin riskləri minimuma endirmək mümkündür: bunun üçün sükan arxasında saatlarla oturmamaq, vaxtaşırı dayanaraq yüngül idman hərəkətləri etmək, ən əsası isə düzgün qidalanmaq lazımdır. Sükan arxasında düz oturmaq, oturacağı düz tənzmimləmək və maşının salonunu təmiz saxlamaq da zəruridir.
Bu tövsiyələr təkcə uzaq yol sürücülərinə deyil, şəxsi avtomobili ilə saatlarla dayanmadan hərəkət edənlərə də aiddir. Nəzərə almaq lazImdır ki, insan minik avtomobilində yer az olduğundan daha çox “qatlanır”.
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












