Sulutəpədə yük maşınları tıxac yaradır: Sakinlər kömək gözləyirlər - FOTO

Binəqədi rayonunun Sulutəpə qəsəbəsi, Xocalı küçəsində yaşayan sakinlər çoxtonnajlı yük maşını sürücülərinin yaratdığı tıxacdan narazıdırlar. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a müraciət edən sakinlərin sözlərinə görə, sürücülər küçənin kənarına irihəcmli avtomobillərini park edərək yolun hərəkət hissəsini zəbt edirlər, bu isə ərazidə nəqliyyatın hərəkətini iflic edir.
Şikayətçilər bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara yazılı və şifahi formada müraciət etsələr də, problem aradan qaldırılmır:
"Evlərimizə rahat gəlib-gedə bilmirik. Hər gün müvafiq qurumlara müraciət edirik, lakin nəticə yoxdur. Hətta ərazidə dayanma-durma nişanı olsa da, ona əməl edən yoxdur. Qanunsuz dayanma hallarına qarşı real tədbir görən birini görməmişik".
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasa da, qurumdan bildirilib ki, sözügedən məsələ onların səlahiyyətlərinə aid məsələ deyil.
Məsələyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli qeyd edib ki, həmin ərazidə mütəmadi nəzarət tədbirləri görülür.

"Yük avtomobili sürücülərinin yol kənarında maşınlarını saxlaması yolun buraxıcılıq qabiliyyətini azaldır. Qayda pozan sürücülər müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülür", - deyə R.Əhmədli qeyd edib.
Qeyd edək ki, Oxu.az daha əvvəl də sözügedən problem barədə material dərc edib. Lakin görünən odur ki, hələ də problem öz həllini tapmayıb. Sakinlər məsələnin tezliklə aradan qaldırılması üçün aidiyyəti qurumlardan qətiyyətli addımlar gözləyirlər.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...

















