Sumqayıtda təhlükəli vəziyyət: "Səki yoxdur, işıqfor quraşdıra bilmərik" - VİDEO

Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi, Xəzər bağları yaşayış massivindəki avtomobil yolunda təhlükəli vəziyyət hökm sürür.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a ünvanlanan şikayətdə qeyd olunur ki, söhbət Sumqayıt-Hacı Zeynalabdin yolundan gedir.
"Həmin ərazinin hər iki tərəfi yaşayış məntəqəsidir. Buna baxmayaraq, yolda hərəkəti nizamlamaq və insanların təhlükəsiz hərəkətini təmin etmək üçün nə səki, nə işıqfor, nə də radar var. Sürətlə hərəkət edən avtomobillər piyadaların həyatı üçün ciddi təhlükə yaradır. Dəfələrlə bu yolda yol-nəqliyyat hadisələri də olub. Problemlə bağlı aidiyyəti qurumlara müraciət etsək də, həll edən yoxdur", - deyə şikayətdə vurğulanır.
Şikayətdə o da qeyd edilib ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən sakinlərə ərazidə səki salmaq üçün hələ ki pul olmadığı deyilib:
"Yol polisindən isə bildiriblər ki, ərazidə səki olmadığı halda biz orada nə işıqfor, nə də radar quraşdıra bilərik".
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirildi ki, məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanıb. "Ərazidəki vəziyyət aidiyyəti qurumlarla müzakirə ediləcək və müvafiq tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunub.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












