Sürət həddinin endirilməsi tıxac probleminə necə təsir edib? – Ekspert AÇIQLAYIR
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol sahəsində müvafiq nişanlar quraşdırılır və müəyyən tədbirlər görülür.
Bunlardan biri də Bakının bəzi küçələrində sürət həddinin endirilməsi ilə bağlıdır.
Bəs sürət həddinin endirilməsi tıxcalara necə təsir edib?
Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Operativ Media”ya bildirib ki, sürət həddinin endirilməsi tıxaclara heç bir təsir göstərməyib.
Onun sözlərinə görə, bu sadəcə yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün atılan addımlardandır:
“Çünki baş verən qəzalarda ağırlıq dərəcəsi birbaşa sürətlə bağlı olur. Bunu nəzərə alaraq bir çox ölkələrin təcrübəsindən istifadə edildi və Azərbaycanda da buna yönəlik addımlar atıldı. Sürət həddinin aşağı olması digər küçələrdə hərəkətin rəvan olmasına da təsir göstərir. Bunun tıxaca yox, sıxlığa qarşı müəyyən qədər təsiri ola bilər ki, bir istiqamətdən sürətlə gəlib böyük bir kütlə şəklində küçəyə daxil olmaq əvəzinə, aşağı sürətlə mərhələli şəkildə gəlirlər və bu zaman tıxaclar qismən yüngülləşir. Lakin ümumi sürətlərin endirilməsi qəzaların baş verməməsi və yaxud qəzada ağırlıq dərəcəsinin yüngülləşməsi cəhətdən effektivdir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












