"Sürət və riskli manevrlər genişmiqyaslı faciəyə səbəb olur" - Ekspert

"Kürdəmirdə 6 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə baş verən faciəli qəza çox ağır hadisədir. Belə hadisələr planetdə nadir hallarda olduğunu görə dünya mediasına düşür."
Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bu hadisə son illərin tipik bir problemini qabardır.
"Hadisə yol hərəkəti təhlükəsizliyinə ciddi nəzarətin - kameranın, radarın, daimi YPX naryadının olmadığı, son illərdə yüksək səviyyədə təmir edilən 2 zolaqlı yolda baş verib. Təfərrüatı bilməsək də, ağır nəticə toqquşma anında yüksək sürətdən xəbər verir."
Hüquqşünas qeyd edib ki, ölkəmizdə bu tipli yollar, yəni şüşə kimi kənd yolları və rayonlararası yollar artır. "Sürücülərə demək istəyirəm ki, yolun rahatlığından sui-istifadə etməsinlər. Eyni zamanda rahatlığına aldanmasınlar. Sürət həddini aşmaq, qadağan edilmiş və ya riskli manevrlər edən zaman ən cüzi səhv də belə miqyaslı faciəyə gətirə bilər. Rahat yollar bizi bir-birimizə daha tez çatdırmaq, mənzil başına yorulmadan gedib çıxmaq üçündür. Amma rahat yolda xırda səhv bizi həyatdan əbədi ayıra bilər."
Orxan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı










