Sürücülər bunları mütləq bilməlidir - Karantin dövründə maşına nə ola bilər?
Koronavirus səbəbi ilə şəhərlərdə tətbiq olunan özünü təcrid etmək, insanların hərəkətini məhdudlaşdırır. Eyni zamanda, həm piyada, həm də avtomobil ilə hərəkətə qoyulan qadağaların qaldırılması üçün son tarixlər aydındır. Lakin, avtomobil "istehlak malları"nın, eləcə də avtomobillərin özləri üçün qiymətlər qalxa bilər. Avtosfer.az portalı sizə hansı "istehlak materialları"nı ehtiyat üçün almağınızı və hansını almamağanızdan danışacaq.
Avropadakı bir çox zavodların işləmədiyi üçün ehtiyat hissələrinin verilməsində fasilələr daha çoxdur. Bəli və bunun neçəyə olacağını, deyək ki, xaricdən gətirilən mühərrik yağını əvvəlcədən demək çətindir. Hələ ki, çatışmazlığımız yoxdur. Böyük internet məkanlarda əksər hissələr və yağlar əldə edə bilərsiniz. Ehtiyata nə ala biləcəyinizdən danışaq.
ƏYLƏC MAYESİ
2-3 il saxlanılır. Əsas odur ki, qabın qapağı möhkəm olsun və içəriyə nəm daxil olmasın. Əks təqdirdə, əyləc mayesi öz xüsusiyyətlərini itirəcək və qabı atmaq məcburiyyətində qalacaqsız.
Əyləc qəliblərinə və ya disklərinə gəldikdə, onlarla heç bir problem olmayacaqdır. Vaxt keçdikcə ucuz qəliblər sürpriz edə bilər - yastıqlar bazadan uzaqlaşacaq. Onda hesab edin ki, qənaətləriniz puça gedib.
AKKUMLYATOR BATAREYASI
Akkumlyator batareyası - qısa müddətli bir şeydir. Xüsusilə satışdan əvvəl olduğu şəkildə saxlanılıbsa. Buna görə ehtiyat üçün batareya alsanız, onun istehsal tarixinə baxın. Batareyanın bir il yarımdan çox əvvəl istehsal edildiyi təqdirdə, belə bir alışdan imtina etmək lazımdır. Maksimum batareyanın ömrü 1-1,5 ildir. Eyni zamanda, batareyanı evdə saxlamaq olmaz. İnsanlara zərərli olan elektrolitin buxarlanması və batareyanın istidə tez boşalması faktını unutma. 0 ilə 15 dərəcə istilikdə saxlanmalıdır. Üstəlik, enerji ehtiyatı səviyyəsini yoxlayın. Beləliklə, əgər yeni batareyanız varsa, başqa bir yenisini almağa tələsməyin.
SƏRİNLƏŞDİRİCİ MAYE
Möhürlənmiş zavod qablaşdırmasında 3-5 il qalır. Burada istehsalçıya və mayenin keyfiyyətinə baxmaq lazımdır. Zamanla orada çöküntü yaranarsa, onda belə bir mayeni soyutma sisteminə tökmək doğru deyil.
MÜHƏRRİK YAĞI
Mühərrik yağı 3 il saxlanılır. Gələcək istifadə üçün ala bilərsiniz, ancaq unutmayın ki, əvvəlcə yağın istehsal tarixinə (qablaşdırmada var), daha sonra keyfiyyət qrupuna baxmalısınız. Bütün bunlara məhəl qoymasaz təəssüflənə bilərsiniz, çünki, məsələn, SL keyfiyyət qrupunun yağları artıq hər mühərrikə uyğun deyil. Müasirlərə yalnız SN tökülür.
Natiq Nazimoğlu