Reklam

Sürücülük imtahanında dəyişikliklər təklif olundu: “Video suallar salınsın”

Yazarlar 12 Fevral 2020 16:54 Oxunub 1394
Sürücülük imtahanında dəyişikliklər təklif olundu: “Video suallar salınsın”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkədə sürücülərin hazırlanması işinə yenidən baxılmalıdır

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yenilikləri açıqlayıb. Yenilik ondan ibarət olacaq ki, meydançada quraşdırılan xüsusi detektor əyani imtahan verən şəxsin bilik və bacarığını avtomatik yoxlayacaq və qiymət verəcək. Digər bir yenilik isə ondan ibarətdir ki, orada yaradılan şəraitə uyğun olaraq, eyni vaxtda bir neçə avtomobillə təcrübi imtahan vermək mümkündür. Yəni eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, eyni zamanda motosiklla imtahan vermək mümkün olacaq. Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sözügedən yenilikləri Modern.az-a şərh edib. O, hesab edir ki, əyani imtahan verən şəxslərin bilik və bacarıqlarını xüsusi texniki vasitələr qiymətləndirsə daha şəffaf olar: “2018-ci ilin dekabrında “Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqram”ında 30 müddəa var. Sürücülərin hazırlanması, sürücülük imtahanı, peşəkarlığın artırılması və s. bu istiqamətdə təkmilləşdirilmələr aparılmalıdır. Düşünürəm ki, ölkədə sürücülərin hazırlanması işinə yenidən baxılmalıdır. Çünki təcrübəli kadrlara çox ehtiyac var. Hələ ki, qanunvericilikdə heç bir dəyişiklik olunmayıb. Bizim hazırda qüvvədə olan qanunvericiliyimiz 1980-ci illərdə formalaşmış bir təcrübədir. Sadəcə texnologiyalar bir az dəyişib. Əvvəllər təcrübi imtahanlar üçün kameralar yox idi, hazırda var. Ancaq imtahanların formal olaraq məzmunu və mahiyyəti təxminən 1980-ci illərdəki kimidir. Bizim ölkə ilə müqayisədə xarici təcrübədə çox yeniliklər var. Məsələn, imtahan məzmununda, sualların mahiyyətində çox böyük fərqlər var ”.

 

 

Ərşad Hüseynov xarici ölkələrlə müqayisədə, Azərbaycanda qaydaların daha sadə olduğunu bildirib: “Dünyanın əksər ölkələrində sürücülərə nəzəri imtahan hissəsində video suallar verirlər. Elə ölkələr var ki, orada sualların sayı 60-70 -ə çatır. Qiymətləndirmə meyarları dəqiqdir, yəni mücərrəd heç bir şey yoxdur. Sistem elə qurulub ki, maksimum şəffaflıq özünü açıq şəkildə göstərir. Bu şəffaflığı da texnologiyalar təmin edir. İmtahanın da xeyri o olur ki, sürücünü müəyyən biliklə təmin edir. Bütün bunlar ona görədir ki, sürücü yol hərəkəti qaydalarını daha yaxşı mənimsəyə bilsin. Ona görə də xaricdə heç bir problem yaşanmır. Ancaq bizdə yol hərəkəti qaydalarına aid sualların sayı cəmi 10 dənə olur. Sonra sürücülərin təhlükəsiz şəkildə sürmələrinə dair imtahan keçirilir və bu imtahandan uğurlu keçən sürüclər təcrübi imtahan verməli olurlar. Bu təcrübi imtahanda əslində qanunvericilikdə iki mərhələdə keçirilməyi nəzərdə tutulub. Təəssüf ki, cəmi bir mərhələsi icra olunur. Digər qalan mərhələ isə icra olunmur. Ümumiyyətlə, bizdə qaydalar da çox sadədir. İnanın ki, mən xarici ölkədə olanda belə şeyləri danışanda, eşidənlər dəhşətə gəlirlər ki, onlar necə sürücü olurlar. Çünki bizdə qanunvericilik köhnə qaydada fəaliyyət göstərir, dəyişiklik olsa müəyyən irəliləyişlər özünü göstərər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh