Banner

Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ - FOTO

Yazarlar 25 İyul 2024 16:09 Oxunub 684
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülük vəsiqəsi olmadan maşın sürənlərin sayı günü gündən çoxalır. Bu səbəbdən sürücülük vəsiqəsi olmadan maşın idarə edənlərin cəriməsi artıb. 

Bəs görəsən vətəndaşlar niyə sürücülük vəsiqəsi əldə etmədən maşın sürməyə çox meyilli və həvəslidirlər? 

Mövzu ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı danışıb.

“Sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edən insanların sayı  artır.  Çünki son vaxtlar spirtli içkinin, narkotik vasitəsinin təsiri altında avtomobil sürənlərin, avtoxuliqanlıq edənlərin sayı artıb. Belə sürücülər aşkarlandıqca, onların barəsində həm həbs qərarı verilir, həm maddi cəza kəsilir, həm də sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilir. Bunu həzm edə bilməyib, qəbul etməyən insanlar düşünür ki, mənim sürücülük hüququm məhdulaşdırılsa da, mən maşın sürməliyəm. 

İnzibati xətalar məcəlləsində yenilik ondan ibarət oldu ki, sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə saxlanılan şəxs əvvəl 100 manat cərimələnirdisə, indi 200 manat cərimələnəcək. İl ərzində təkrar bu əməli törədərsə, 300 manat cərimələnəcək. Amma sürücülük hüququ məhdudlaşdırılmış şəxs bunu törədərsə, 400 manat cərimə olunacaq. Bu cür cərimələr tətbiq edilir. Bəzi insanlar da var ki, sürücülük vəsiqəsi almadan maşın sürməyə başlayır. “Sürə-sürə öyrənib, sonra sürücülük vəsiqəsi alaram” fikrində olurlar. Bu tip insanlara da tez-tez rast gəlinir.  

Bundan başqa qadınlarda da bu kimi hallar baş verir. Misal üçün, kişi həyat yoldaşına maşın sürməyi öyrədir və bir müddət sonra yoldaşı avtomobili götürüb, küçələrdə sürücülük vəsiqəsi olmadan hərəkət edir. Dindirəndə isə deyir ki, "“sürməyi bilirəm və sürürəm. Burda nə var ki?” 

Qısacası, bəzi insanlar üçün sürücülük vəsiqəsi alıb, almamaq heç nəyi dəyişmir. Onların düşüncəsinə görə bunun o dərəcədə də əhəmiyyəti yoxdur. Onlar başa düşmür ki, sürücülük vəsiqəsi olduğu halda yüngül qəza törətdikdə cəza başqa olur. Sürücülük vəsiqəsi olmadan qəza törətdikdə birbaşa həbs olunur, cinayət işi açılır, ağır sanksiyalar tətbiq edilir. Ona görə də vətəndaşlar mütləq ki, bu məsələdə məsuliyyətli olmalıdırlar”.

(moderator.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh