Taksi çatışmazlığı: Bu qiymətlərə də təsir göstərir - AÇIQLAMA
Yazarlar
3 İyun 2024 15:14

Bakıda taksi xidmətləri ilə bağlı yeni qaydaların tətbiqinə bir aya yaxın vaxt qalmasına baxmayaraq, artıq bir neçə gündür qiymətlərdə bahalaşma başlayıb.
Avtosfer.az xəbər verir ki, 1 iyundan bütün taksi xidmətlərində 50% civarında artım müşahidə edilir.
Qeyd edək ki, 1 iyuldan taksi xidmətləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Artıq bir müddətdir taksi şirkətləri yeni qaydaların tətbiqinə hazırlıqlara başlayıb. Bu isə ixtisarlara, bəzi taksi şirkətlərinin bağlanmasına səbəb olub ki, nəticədə təklif azalıb.
Xatırladaq ki, yeni qaydaların tətbiq olunmasının əsas səbəblərindən biri də Bakıda taksilərin sayını azaltmaqdır və AYNA bu hədəfinə nail olmaq üzrədir.
Nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, taksi xidməti özəl sektorun payına düşdüyünə görə qiymətlərin tənzimlənməsi də xidməti həyata keçirən şirkətin qərarıdır:

“İyul ayının 1-dən yeni qaydalar qüvvəyə minir. Müxtəlif sayda taksi avtomobil nəqliyyat vasitələri ili köhnə olduğu üçün xəttdən çıxarılmaq məcburiyyətindədir. Bakı şəhərində yeni taksi xidmətləri rənginə və ilinin 8 ildən çox olmaması şərti ilə fəaliyyət göstərəcək. Bunların hər biri özəl xidməti həyata keçirən şirkətin xərclərinə və maliyyə durumunun dəyişməsinə təsir göstərir. Qadağa və qaydaların qarşılığında taksi şirkətləridə artıq öz xidmətlərində artım etmək məcburiyyətində qalırlar. Bu artıq gözlənilən bir haldır. Öncədən planlaşdırılan, qərar qəbul olunursa, xidməti həyata keçirən şirkət 2 ay sonra onu nələr gözləyəcəyini proqnozlaşdıraraq qərar qüvvəyə minməmişdən artıq qiymət siyasətində dəyişikliklər edir. Tarif şurası tərəfindən tənzimlənməyən xidmət sektoru olduğuna görə şirkətlər və taksi xidmətini həyata keçirən şəxslər qabaqlayıcı tədbirlərini görərək qiymətləri artırırlar. Biz 1-2-3 manat olan taksi qiymətlərinə vərdiş etmişdik. Əvvəl taksi sifariş edən zaman həmin ərazidə dərhal taksi tapılırdı. İndi isə bəzən 15-16 taksi xidməti yerinə yetirməkdən imtina edir. Taksi xidmətində ərazilər üzrə çatışmamazlıqlar müşahidə edilir. Bu isə taksi xidmətinin qiymət siyasətinə ciddi şəkildə təsir göstərir.” (sherg.az)
Oxunub : 1278
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ












