Taksi qiymətləri bahalaşacaq? - AÇIQLAMA

Bəzi taksi sürücüləri arasında gələn aydan etibarən taksi qiymətlərinin artacağı barədə söyləntilər var. Hətta taksi şirkətlərinin təklif etdiyi ekonom xidmətlərin belə ləğv ediləcəyi, komfort xidmətlərin isə nisbətən daha ucuz qiymətə təklif olunacağı barədə də fikirlər mövcuddur.
Bəs bu fikirlər nə qədər doğrudur? Taksilərin qiymətində hansı dəyişikliklər gözlənilir?
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı "Operativ Media"ya açıqlamasında qeyd edib ki, rəsmi olaraq hər hansısa bir qiymət artımı planlaşdırılmır.
"Şirkətlər ola bilsin ki, müəyyən qədər bu işi həyata keçirərlər. Amma, rəsmi qaydada belə bir hal baş verəcəyi təqdirdə mütləq əvvəlcədən vətəndaşlara da bildirilərdi. Ötən il yay aylarında minimal qiymətlər müəyyənləşib və 2 manat 50 qəpikdən başlayır. Yəni əvvəlki kimi 70-80 qəpiyə heç kim yol qət edə bilmir. Çox güman kimsə bu şayiəni ortaya atıb, amma, belə bir hal planda yoxdur. Xidmətlərin çeşidinə gəldikdə isə bu, əlbəttə, fərqli olmalıdır. Yəni ekonom, orta sinif və komfort xidmətlər şirkətlər tərəfindən təqdim oluna bilər. Əgər bəzi şirkətlər ekonom xidmətini ləğv edəcəksə, bu, artıq onun şəxsi işidir. Ümumi respublika üzrə isə hər hansı bir qiymət artımından söhbət getmir".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












