Taksi sürcülərinə sərt tədbirlər gəlir: Bəs bahalaşma?

“Ötən il ərzində nəqliyyat sahəsində problemlərin həlli ilə bağlı qanunvericiliyə dəyişikliklər edildi. Bunlar bir qismi tətbiq olunmaqdadır və bir qisminində tətbiqi ilə bağlı işlər həyata keçirilir”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib: “Taksilərə dair tələblər hazırdır və ümid edirik yaxın vaxtlarda qəbul ediləcək”.
Maraqlıdır ki, bu tələblər qəbul edilərək icraya yönəldildikdən sonra qiymətlərində artım gözlənilirmi?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, taksi qiymətində hər hansı bir artım gözlənilmir və bu məsələ hazırda gündəmdə deyil:

“Aidiyyəti qurumlar tərəfindən müəyyən addımlar atıldı, eyni zamanda taksilərdə 2 manat 50 qəpik minimal qiymət müəyyənləşdirildi. Ardınca nəzarət gədbirləri getdikcə gücləndirilir, taksi sürücüləri təlimlərdən keçirilir, serifikatlaşdırma həyata keçirilir. İndidən taksi sürücüləri bilsinlər ki, bundan sonra daha sərt tədbirlər olacaq, onlara həm tibbi müayinələr, həm də digər məsələlərlə bağlı ciddi nəzarət olacaq. Bunlara əməl etməsələr, fəaliyyət göstərə bilməyəcəklər".
O qeyd edib ki, yeni qaydalar artıq hazırdır:
"Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun da dediyi kimi, bəzi detalları dəqiqləşdirməyə ehtiyac yaranmışdı, bunu da Nazirlər Kabinetinə yönləndiriblər.
Nazirlər Kabineti qərar verəndən sonra bu mexanizm işə düşəcək. Burada qiymət artımı mövzusu yoxdur. Əsas müzakirə mövzusu keyfiyyətin arıtılmasıdır".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










