Taksi sürücülərindən YENİ TƏLƏBLƏR: “Gün ərzində 12-15 saatdan artıq işləyən...”

“Gələn ildən taksi fəaliyyəti ilə məşğul olan sürücülərin işi üzərində ciddi nəzarət mexanizmi qurulacaq”.
Bu fikirləri taksi sürücülərinin gündəlik iş rejiminəndən artıq işləməsi probleminə toxunan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı yenicag.az-a deyib.
Onun sözlərinə görə, hazırda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin əksəriyyəti hər gün 12-15 saatdan artıq işləyir:
“Taksi operatorları sürücülərin qarşısında öhdəlik qoyur və tələb edir ki, gün ərzində 20-25 gediş edilməlidir. Sürücü bunu müəyyən vaxt ərzində edə bilmədiyi üçün daha artıq işləmək məcburiyyətində qalır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə avtomobil nəqliyyatı haqqında qanuna edilən dəyişikliyə əsasən, taksi operatorları əməkdaşlıq etdikləri sürücülərlə müqavilə bağlayarkən, onlardan sağlamlıq haqqında arayış və digər zəruri sənədlər də tələb edilir.
Gələn ildən taksi fəaliyyəti ilə məşğul olan sürücülərin işi üzərində ciddi nəzarət mexanizmi qurulacaq. Bu çərçivədə taksi sürücülərinin iş və istirahət rejimi də normal qaydada tənzimlənəcək. Ümumi olaraq qeyd edim ki, sürücülər gün ərzində 8-10 saatdan artıq işləməməlidir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












