Taksi sürücülərinin təhlükəsizliyi necə QORUNUR? – Maraqlı TƏKLİF

Azərbaycanda taksi xidmətinin keyfiyyəti ilə bağlı bəzi problemlər qalmaqdadır. Hər zaman taksi şirkətlərinin keyfiyyətli xidmət göstərməsindən, sərnişinlərin təhlükəsizliyindən danışılsa da, sürücülərin təhlükəsizliyi diqqətdən kənarda qalır. Lakin taksi sürücüləri iş başında quldurluq və ya hücuma məruz qala bilirlər. Belə halların dəfələrlə yaşandığından məlumatlıyıq.
Bəs, ölkəmizdə taksi sürücülərinin təhlükəsizliyi necə qorunur?
Mövzu barədə Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, bununla bağlı bəzi yeniliklər var: “Dünyada mövcud olan mexanizmlər onların qorunmasına imkan vermir. Amma bəzi yeniliklər var. “London” taksilərində şəffaf arakəsmələr var. Taksi sürücüləri kabində artıq müştəridən kənar vəziyyətdə olurlar. Amma bu, qorxulu vəziyyətlə üzləşən sürücünün necə xilas ola biləcəyini göstərmir, çünki soyğunçu və yaxud cinayət törətməyə maraqlı olan şəxs istəsə, öz əməlini hansısa formada törədir. Sadəcə, yenilik kimi dünyada bu forma qəbul olunub, tətbiq edilir”.
Ekspertin fikrinə görə, Azərbaycanda bu gün taksi kimi fəaliyyət göstərən avtomobillərin hamısı o standartlara uyğun deyil:
“Bir model seçilib gətirilmir ki, bu maşınlar məhz taksi üçündür. Bu gün ölkədə nə qədər avtomobil modeli varsa, onun hamısının az qala taksi kimi istifadə olunanı var. Ona görə də bütün modellər üçün belə bir sistem qurmaq çətindir. Ancaq taksi fəliyyətinin təkmilləşməsi ilə bağlı artıq qaydalar həyata keçirilir. Nəzarət mexanizmi hansısa formada qurulacaq, taksi avtomobillərində kameraların quraşdırılması təklifi var. Ümid edirəm ki, bunlar taksi sürücülərinin qorunmasına bir fayda verəcək”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












