“Taksilərin işləməyəcəyi barədə məlumat yayanlar xaos yaratmağa çalışırlar” — Ekspert

Sosial şəbəkələrdə oktyabrın 1-dən etibarən paytaxtda taksilərin işləməyəcəyi, taksi şirkətlərinin proqramlarının bağlanacağı barədə məlumatlar yayılıb.
Tanınmış nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında bu cür əsassız iddiaların xaos yaratmaqdan başqa bir məqsədə xidmət etmədiyini deyib:
“Belə məlumat yoxdur. Olsaydı, ən azından biz də məlumatlı olardıq. Sadəcə oktyabrın 1-dən müəyyən qaydalar qüvvəyə minir. Bəzi taksi şirkətləri və sürücülər ola bilsin ki, bunu həzm edə bilmir, istəyirlər ki, xaotik vəziyyət hökm sürsün, heç bir qayda-qanuna əməl etməsinlər”.
Ekspert bildirib ki, qeyd olunan tarixdən taksi sürücüləri təlimlər keçməli, qaydalara uyğun işləməlidirlər:

“Küçələri tanımayan nə qədər taksi sürücüsü var. Avtomobili bərbad vəziyyətdə olan, öz davranışları ilə pis nümunə olan, qadınlara sataşan, yol hərəkəti qaydalarını pozan sürücülər var. Eşidirlər ki, Bakıda “prius”ları icarəyə verirlər, gəlib, maşın götürür, düşürlər şəhərin canına. Nazirlər Kabinetinin qoyduğu kriteriyalar elə də çətin deyil. Sürücü təlim mərkəzləri hazırda taksi sürücülərinə təlimlər keçir. Bundan sonra imtahan verməlidirlər. İmtahan nəticəsinə uyğun sertifikatını alır, 7 il müddətinə qüvvədə olan ödənişləri edir. 25 manat biridir, 75 manat da biri. Aylıq fərqlənmə nişanlarını da alıb, normal taksi fəaliyyətilə məşğul olurlar”.
E.Muradlı vurğulayıb ki, taksi bir xidmət sahəsidir, burada da keyfiyyət öndə gəlməlidir:
“Necə olur, dərzi, bərbər, aşpaz və s. qayda-qanunla işləyir, dövlətə vergi verir, ən azından 3 aylıq peşə hazırlığı kursundan keçirlər, amma taksi sürücüsü deyir ki, necə gəldi, öz bildiyim kimi işləyim. İndiyə kimi bəziləri qanunsuz fəaliyyət göstərib, fərqlənmə nişanı almayıb, təlim görməyib. Adamın ürəyi ağrıyır ki, ucuz qiymətə nə boyda yol qət etdi, şəhəri tanısaydı, bu qədər vaxt sərf etməzdi”.
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?










