TIR-lar yolda yanacağın donması nəticəsində qalıb? - AÇIQLAMA

Sosial şəbəkələrdə dizel yanacağının donması nəticəsində TIR sürücülərinin qarlı havada yolda qalmaları ilə bağlı görüntülər müzakirə yaradıb. Hadisənin hansı ərazidə baş verdiyi isə məlum deyil.
Avtosfer.az "pravda.az"a istinadla xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hadisənin paytaxtda, yaxud hansı dağ rayonunda baş verdiyinin məlum olmadığını bildirib. “Dizel donur. Buna görə də Rusiya, Monqulstan, o cümlədən Qazaxıstanda, bəzən də Qırğızıstanda “yüksək şaxtaya dözümlü dizel” deyilən marka da var. Həmin dizel adi dizeldən fərqlənir. Qiyməti də fərqlidir. Təxminən, Aİ-95 markalı benzin qiymətindədir. Bəzən tələbat artanda bundan da yüksək qiymətə olur.
Kimsə dizel mühərrikli maşınını Qusar rayonunda, Zaqatalada, Lerikin hansısa kəndlərində saxlayıbsa, həmin ərazilərdə havanın temperaturu mənfi 20 dərəcə olub. Bu temperatur kritikdir. Şaxtaya dözümlülük temperatur mənfi 20 dərəcədən yüksək olanda başlayır. Yüksək temperaturda hansısa donma olubsa, deməli, həmin yanacağın içində su molekulları olub. Buna görə də hadisənin hansı temperaturda baş verdiyini əvvəlcə ayırd etmək lazımdır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












