Tıxacdan necə xilas olaq?

Dünyanın avtomobil olan hər bir nöqtəsində tıxacın olması təbiidir. Xüsusilə böyük şəhərlərdə bu problem artıq gündəlik həyat tərzinə çevrilib. İnsanlar saatlarla tıxacda qalır, hətta bir çox hallarda buna vərdiş edirlər.
Tıxac necə yaranır?
Tıxacı yaradan bir neçə amil mövcuddur. İlk olaraq yol infrastrukturudur. Yəni yollar tikilən zaman tıxaca qarşı hesablanmır. Odur ki, baş verən hər hansı hadisə də tıxaca səbəb olur. Amma bu tıxacın yaranma səbəbi deyil. Adətən, tıxac yol-nəqliyyat iştirakçısı tərəfindən meydana çıxır. Çox vaxt qəza, sürücü səhlənkarlığı, yol təmiri və bu cür səbəblər tıxac yaradır.
Amma bəlkə də tək ölkəmizə məxsus olan bir tıxac yaranma səbəbi də var ki, onu da qeyd etmək istərdik. Yolun əks tərəfində baş verən qəzaya baxan sürücülərin yaratdığı tıxac.
Bakıda avtomobil sayı çoxdur?
Bəzən paytaxtda avtomobil çoxluğundan şikayət edirlər. Amma dünya təcrübəsində və qəbul olunan standartlara görə Bakıda o qədər də çox avtomobil yoxdur. Yəni kifayət qədər yer və az maşın var. Amma gündəlik olaraq tıxacların çoxluğu isə sürücüləri bu istiqamətə yönəldir ki, maşın çoxdur. Lakin paytaxtda tıxacların səbəbi avtomobillərin sayı ilə birbaşa bağlı deyil.
Ömrümüzü yolda keçirməyək...
Təxminən iki ay müddətində avtomobildən imtina edib ictimai nəqliyyatdan istifadəyə üstünlük verdim. Əvvəlki illərdən fərqli olaraq artıq ictimai nəqliyyatda ciddi problemlərimiz yoxdur. Xüsusilə avtobus parkının yenilənməsi özümüzü rahat hiss etməyimizə səbəb olur. Bu iki ay ərzində iqtisadi cəhətdən qənaət etməklə yanaşı, həm də stresdən uzaq oldum. Ən azından hər gün axşam butulka effekti ilə tıxacın yarandığı Neftçilər prospekti ilə Yusif Səfərov küçəsini yerin altı ilə keçmək daha faydalıdır.
Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










