Uşaqlar saçlarını niyə yeyirlər? - HƏKİMDƏN AÇIQLAMA

İyulun 30-da Qax rayon sakini olan 9 yaşlı qız ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Bəs uşaqlar niyə öz saçlarını yeyirlər?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "redaktor.az"a danışan həkim-pediatr Günay Rəsulova bildirdi ki, trixofagiya problemi çox zaman psixoloji, bəzi hallarda isə psixiatrik səbəblərlə əlaqəli olur:

“Uşaqlarda bəzən "pika" deyilən bir vəziyyət müşahidə edilə bilər. Pika, yeyilməməsi gərəkən maddələrə qarşı iştahın olması ilə xarakterizə olunan patoloji yemə meyilidir. Bu halın altında çox zaman dəmir, sink kimi mikroelementlərin çatışmazlığı dayanır. Əgər valideyn övladında yeyilməməli şeylərə qarşı iştah hiss edirsə, bu vəziyyət pediatr tərəfindən araşdırılmalıdır”.
Müsahibimiz əlavə etdi ki, uşaq saçlarını qoparıb yeyirsə, bu məsələnin üzərinə ciddi şəkildə düşmək lazımdır:
“Çünki mədədə yığılan saç hissəcikləri "bezoar" adlanan kütləyə çevrilə bilər və bu, bağırsaq keçməzliyi də daxil olmaqla ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu cür hallar əsasən psixoloji, bəzən psixiatrik və ya pediatrik səbəblərlə əlaqəli ola bildiyindən, belə bir davranış müşahidə olunduqda, uşaq ilk növbədə pediatr müayinəsindən keçirilməlidir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












