“Velosiped kirayəsi ilə tıxacın qarşısını almaq olmaz” - Elməddin Muradlı

Bakı şəhərində ilk “bike-sharing” (velosiped kirayəsi) xidməti fəaliyyətə başlayıb.
50-yə yaxın məntəqədə müvafiq konstruksiyalar quraşdırılıb, velosipedlərin kirayə qaydası barədə məlumatları əks etdirən lövhələr yerləşdirilib.
Maraqlıdır, yeni xidmətin yaradılması yollarda tıxacı azaldacaqmı?
Mövzu ilə bağlı sualları cavablayan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, velosiped kirayəsi xidmətinin fəaliyyətə başlaması tıxacın qarşısını almayacaq:
“Bu mikromobillik proqramı çərçivəsində atılan addımdır. Əhali üçün əlçatan mexanizm formasına salınır. Amma mən velosiped kirayəsinin tıxacları azaldacağı fikrinə qatılmıram. İndi yaydır, insanların velosipedə marağının artdığını görürük. Tez-tez yollarda velosipedçilərə rast gəlirik, amma heç kim deyə bilməz ki, bu qışda və payızda da belə olacaq”.
O həmçinin qeyd edib ki, tıxacı aradan qaldırmaq üçün yol şəbəkəsini və piyada keçidlərini inkişaf etdirmək lazımdır:
“Yol şəbəkəsini və piyada keçidlərini inkişaf etdirmək, piyada səkilərini alverçilərdən, villa, dönərxana, apteklərdən alıb piyadalara qaytarmaq, avtobus və metro stansiyaların sayını artırmaq lazımdır. Tıxaca təsir edən amillər bunlardır. Kiminsə velosiped kirayələməsi ilə tıxacın azalacağı inandırıcı deyil”.
(konkret.az)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












