Vətəndaşlar kredit içində boğulur, bəs çıxış yolu nədir?

Son illərdə Azərbaycanda yalnız mənzil və avtomobil deyil, gündəlik tələbat malları üçün də kredit götürənlərin sayı artır. Xüsusilə, bu meyl gənclər arasında daha geniş yayılıb. Əksəriyyət “istədiyimi alım, sonra ödəyərəm” prinsipi ilə hərəkət edir.
Bu tendensiya hansı problemlərə yol aça bilər?
Avtosfer.az-ın məlumatına görə, iqtisadçı ekspert Əkrəm Həsənov "Konkret.az"a açıqlamasında bildirib ki, bu tendensiya həm fərdlər, həm də maliyyə sistemi üçün ciddi risklər yaradır:

Əkrəm Həsənov
Ekspertin sözlərinə görə, bu problem təkcə Azərbaycana deyil, bütün dünyaya uyğun tendensiyadır və son 30-40 ildir ki, belə davam edir.
“İstehlak kreditləri ilk növbədə malları və xidmətləri istehsal edənlərin təşəbbüsüdür. Onlar istəyirlər ki, məhsulları daha çox satılsın. Amma insanların əksəriyyətinin əlində pul yoxdur. Buna görə də kreditlə alış-verişə təşviq olunurlar. Bu, banklara da sərfəlidir, çünki bundan gəlir götürürlər”.
Ə.Həsənov qeyd edir ki, əvvəllər insanlar yalnız zəruri hallarda kredit götürürdü, banklar isə daha ehtiyatlı davranırdı:
“Tarixən bank kreditləri biznes məqsədli olub. İstehlak krediti isə son 50 ilin məhsuludur. İnsanlara daha çox mal almaq təbliğat yolu ilə tətbiq edilir.
Ekspert bildirir ki, bu proses iqtisadi inkişaf dövründə ciddi fəsad yaratmasa da, hazırkı qeyri-sabit şəraitdə ciddi risklər doğurur:
“İnsanlar gəlir və xərclərini ölçüb-biçməkdə çətinlik çəkir. İstehlak potensialı yüksəkdir, hamı hər şeyi istəyir. Problem ondadır ki, həmin şəxs gəlirindən, maaşından məhrum olduqda, işsiz qaldıqda krediti qaytara bilmir. Bu da sosial vəziyyətə, psixoloji sağlamlığa ciddi ziyan vurur. Həmçinin banklar üçün də risk yaradır”.
Əkrəm Həsənov belə vəziyyətlərin qarşısını almaq üçün maarifləndirmənin gücləndirilməsinin vacib olduğunu vurğulayır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












