Xalq artistindən «bərkgedən» sürücülərə sərt etiraz

Xalq artisti Nurəddin Mehdixanlı yol qəzalarının sayının artmasından, sürücülərin kobud qayda pozuntularına yol verməsindən narahatdır. Bu barədə Avtosfer.az-a açıqlama verən xalq artisti yüksək sürətlə sürən sürücülərə etirazını bildirib: «Özüm də maşın sürürəm. Bir vaxt şikayət edirdik ki, yollarımız kələ-kötürdü, maşın sürmək olmur. İndi yollar qaydasındadır. Əgər maşının sürət göstəricində 220 yazılıbsa, birisi 200 ilə sürürsə bu, tərbiyyəsizlikdir. O qədər yüksək sürətlə sürməklə özünü və başqasını bədbəxt edirlər. Bizdə 1 milyon iki yüz min maşın olduğunu deyirlər. Amma bizdə maşın sürmək, maşın saxlamaq, yol vermək mədəniyyəti formalaşmayıb. Telefonda mesaj yaza-yaza maşın sürürlər. Bu anlaşılmaz bir şeydir. Elə adamın adını nə qoyacağımı bilmirəm. Hesab edirəm ki, bəzi insanlarda görməmişlik var. Kiməsə yol verməmklə qəhrəmanlıq etdiyini düşünürlər. Cəlil Məmmədquluzadənin dediyi kimi, əgər xərcləyəcəyiniz pulunuz, tökmək istədiyiniz qanınız varsa gözünüzün qabağında Azərbaycan matəmi dursun. Dağlıq Qarabağımız erməni əsarəti altındadır. Dədə-babalarımızın qəbirləri oradadır. Bunu yada salın”.
Xalq artisti yol qəzasında ölənlərin, yaralananların xəbərini eşitdikdə sarsıntı keçirdiyini qeyd etdi: “Ailələr, uşaqlar, gənclər, cavan-cavan oğlanlarımız qəzalarda həyatlarını itirirlər. Onlar millətimizin nəsil törədiciləridirlər. Sağ qalanlar isə dəmirlərin içərisində məhv olub gedirlər. Mən müaricət edirəm ki, maşın sürərkən diqqətli olun. Allahın verdiyi o canı, əmanəti millətin, insanlığın və torpağın yolunda şəhid eləmək, qurban vermək lazımdı. Yalnız o Allahın hüzurunda savab və müqəddəs işdir. Biz bir az özümüzə kənardan baxmağı bacarmalıyıq. Onda ayıblarımızı görüb, düzəltməyə çalışcağıq. Millət olaraq çox istedadlı və bacarıqlı millətik. Bütün çatışmamazlıqlarımızı düzəldə bilərik».
Fidan
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










