Xəzərin çirkləndirilməsi DAVAM EDİR - VİDEO

Xəzər dənizi çirkləndirilməkdə davam edir. Bir-birinə yaxın ərazidə iki böyük boru vasitəsilə Xəzər dənizinə tullantı suyu axıdılır.
Avtosfer.az xəbər verir ki, bura Qaradağ rayonu ərazisidir. Bir müddət əvvəl də eyni ərazidə çirklənmiş suyun Xəzərə axıdılması gündəmə gəlsə də, məsələ həll edilmədən qalıb. Ekoloq Ənvər Əliyev deyir ki, faktiki olaraq təmizlənmədən axıdılan həmin su həddindən artıq kəskin iyli, canlı aləm üçün olduqca təhlükəlidir.
Bu görüntülər hələ fevral ayında gündəmə gəlmişdi. Gözlənilirdi ki, həmin suyun qarşısı alınsın, amma bu baş verməyib. Ekologiya və təbii sərvətlər nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib ki, görüntülərdəki borular Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansında olan nasosxanaya məxsusdur və Qaradağ, Səbail rayonlarının ərazisində formalaşan tullantı suları həmin borular vasitəsilə birbaşa Xəzər dənizinə axıdılır.
İri şəhərlərin birləşmiş su təchizatı xidmətindən isə bildirildi ki, "Qobu Park" və Bayıl qəsəbəsi ərazisində formalaşan tullantı suyu kanalizasiya-nasos stansiyasına nəql olunur. Nəql olunan tullantı su Su Təmizləyici Qurğunun tikintisi tamamlanmadığı üçün nasoslar vasitəsilə kollektorla dənizə yönləndirilib. O da bildirilib ki, hazırda Lökbatan hövzəsi üzrə məhsuldarlığı sutkada 100 min kubmetr olan tullantı su təmizləyici qurğunun və magistral kanalizasiya kollektorlarının inşası planlaşdırılır və hazırlıq görülür.
Bəli, dövlət xidməti sutəmizləyici qruğunun inşasına başlanılmasına hazırlıq görüldüyünü bildirir, amma faktiki olaraq hazırda hər gün tonlarla çirkab Xəzərə axıdılır. Ekoloqlar isə təcili olaraq tədbir görülməsinin vacibliyini bildirirlər.
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI










