"Yanvarın 1-dən taksilərlə bağlı cərimələr tətbiq olunacaq" - DİQQƏT! - EKSPERT ŞƏRH ETDİ

Məlumdur ki, Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanununa əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb. Məlumata görə, artıq 4 şirkət müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazənin alınması üçün agentliyə müraciət edib. Sia mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlının fikirlərini öyrənib.
Elməddin Muradlı bildirib ki, Azərbaycanda bir neçə taksi şirkəti və taksi operatoru var: "Operator o deməkdir ki, onların heç birinin qarajı yoxdur. Onlar yalnız operator xidmətini yerinə yetirir. Yəni, müştəri ilə sürücünü bir-biri ilə əlaqələndirirlər.
Azərbaycanda qanuna edilmiş yeni dəyişikliyə görə şirkətlər hamısı RİNN-in yaratdığı mərkəzi sistemdə qeydiyyatdan keçməlidirlər. Onların qeydiyyatı təsdiqləndikdən sonra əməkdaşlıq etdikləri hər bir sürücü haqqında məlumatları mərkəzi bazaya yerləşdirməlidirlər. Bu baza onun üçün lazımdır ki, burada sürücülərin iş və istirahət rejiminə nəzarət olunsun, təcrübə, sertifikat, tibbi arayış məsələləri və nəqliyyat vasitəsi texniki tələblərə cavab verirmi kimi sulların cavabı oradan tapılsın.
Taksi şirkətləri artmır. Hamısı mövcud olan şirkətlərdir. Lakin indiyə kimi öz bildikləri şəkildə fəaliyyət göstərirdilərsə, indi dövlət tərəfindən qoyulan qanunlar çərçivəsində fəaliyyətə dəvət olunurlar. Onlar bu fəaliyyəti qanun üzərindən qurmasalar 40 manatdan 40 min manata qədər cərimə oluna bilərlər. Yanvar ayının 1-dən isə artıq cərimələr tətbiq olunacaq".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












