"Yanvarın 1-dən günlük, aylıq və illik bilet paketləri təklif edilməlidir" - AÇIQLAMA

Tələbələrin sosial rifahını dəstəkləmək məqsədilə Tələbənin İnkişaf Fondu tərəfindən verilən kartlar vasitəsilə onlar muzeylər, alış-veriş mərkəzləri və iaşə obyektlərində müəyyən güzəştlərdən faydalana bilirlər. İndi isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri pilot layihə çərçivəsində metrodan istifadə zamanı kartlardan yararlana bilirlər.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən nəqliyyat eksperti Rauf Ağamirzəyev vurğuladı ki, tələbə kartı üzərindən, həmçinin bank kartlarının test olunması kimi qiymətləndirmə aparmaq mümkündür:

"Amma ümumilikdə tələbələrə güzəşt olunmalıdır, əlbəttə, birmənalı şəkildə. Əgər biz brutto müqaviləyə keçiriksə, yanvarın 1-dən günlük, aylıq və illik bilet paketləri təklif edilməlidir. Pulsuz keçidlər, yəni uzaq məntəqədən bir nəqliyyat növündən digərinə müəyyən vaxt ərzində (məsələn, 90 dəqiqə) keçidlər təmin edilməlidir. Bu, həm ictimai nəqliyyatın cəlbediciliyini artıracaq, həm də iqtisadi baxımdan sərfəli olacaq. Tələbələr, təqaüdçülər və müharibə veteranları həssas qruplardır. Onlara ayrı, güzəştli bilet təklif olunmalıdır ki, yükü azalsın. Çünki tələbənin qazancı az, xərcləri isə daha çoxdur. Bundan əlavə, tələbələrin nəqliyyat xərclərinin optimallaşdırılması ilə yanaşı, universitet yaxınlığında yataqxanaların təmin edilməsi də vacibdir. Bu, onların yaşam xərclərinin də optimallaşdırılmasına kömək edəcək".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












