“Yanvarın 1-dən taksi sürücüləri yeni qərarlara tabe olmalıdırlar” - AÇIQLAMA

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli qərarı ilə təsdiq edilmiş "Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərar verib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı verilən qərarları “MediaPost”a şərh edib.
O bildirib ki, bu ilin əvvəlindən başlayaraq taksi sürücüləri arasında etik davranış məsələləri və digər qaydaların tətbiqi mövzusunda təbliğat işləri aparılır:
“Onların diqqətinə çatdırılır ki, taksi sürücülərinə xas olan davranışlara yiyələnsinlər, etik davranış qaydalarını pozmasınlar. Taksi xidməti göstərmək üçün tələb olunan qaydalara əməl etsinlər və bu qaydalar çərçivəsində də xidmət göstərsinlər. Yəni artıq qanunsuz fəaliyyət və digər məsələlər geridə qalmalıdır. Bu sahədə tənzimləyici qurum olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təkliflər verilib və hökumət tərəfindən təsdiqlənib. Qanunvericilik sahəsində boşluqlar aradan qaldırılır. Buradakı normativ hüquqi aktları da cənab nazir Rəşad Nəbiyev təsdiqləyib və elektron qaydada dərc olunandan sonra qüvvəyə minəcək. Qərarda sürücülərin etik davranış məsələsi öz həllini tapır və sürücülər bilməlidirlər ki, gələn il yanvarın 1-dən qaydalar çərçivəsində fəaliyyət göstərmədikləri halda onlar barəsində müvafiq qaydada tədbirlər görüləcək, cərimələr tətbiq olunacaq”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











