Yas mərasimlərindən sonra növbədə toylardır: Dəbdəbə sona çatır?

Azərbaycanda toylarda süfrələrin dəbdəbəli hazırlanması məsələsi zaman-zaman ictimai müzakirələrdə gündəmə gəlir.
Maraqlıdır, gələcəkdə toylarda dəbdəbəli süfrələrə son qoyula bilərmi?
Milli Məclisin deputatı Aydın Mirzəzadə toylarda həddən artıq dəbdəbəli süfrələrin qurulması məsələsinə münasibət bildirib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə deputat Konkret.az-a açıqlamasında qeyd edib ki, bu mövzu vaxtaşırı ictimaiyyətdə, sosial şəbəkələrdə və müxtəlif məclislərdə müzakirə olunur.
Onun sözlərinə görə, bəzi toylarda süfrəyə qoyulan ərzaq və içkilərin mühüm bir hissəsinə əl dəymir ki, bu da israfçılıq deməkdir:
“Bu, həm toy sahibinin xərclərinin çoxalmasına, həm də övladlarının toyunu çətinliklə keçirən insanlarda qıcıqlıq yaranmasına səbəb olur. Məsələ ciddi ictimai müzakirədən keçməlidir. Tanınmış şəxslərin bu istiqamətdə nümunə göstərməsi də arzuolunandır”.
Aydın Mirzəzadə hesab edir ki, dəbdəbəli toylar əvəzinə sadə, amma yadda qalan məclislərin keçirilməsi artıq bir normaya çevrilməlidir:
“Kimsə övladının toyunu yadda qalan etmək istəyirsə, xərclərin bir hissəsini imkansız ailələrə yardım üçün istifadə edə bilər. Bu məsələnin qanunla tənzimlənməsi düzgün olmaz, çünki şəxsi məsələdir. Amma bəzi toylarda dəbdəbənin həddən artıq olması diqqətdən yayınmır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












