Yaşından irəli Vahid - Vahid Elşad oğlu Qurbanov - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Vahid Qurbanovdan yazıb. Avtosfer.az həmin məqaləni təqdim edir:
2001-ci ilin birinci ayının 27-də Tovuz rayonun Əyyublu kəndində doğulub. 9-cu sinfədək Əyyublu kənd, Eyvaz Bayramov adına tam orta məktəbdə, 10-11-ci sinifləri isə Gəncə şəhər, K.D.Uşinski adına 29 saylı tam orta məktəbdə oxuyub. Məktəbin ictimai işlərində fəal iştirak edib, müəllimlərin, məktəb yoldaşlarının sevimlisi olub.
Məktəb illərində idmana da böyük maraq göatərib; daha çox əlbəyaxa döyüş növləri ilə məşğul olub.
2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə gedib.
Azərbaycan Böyük Vətən Müharibəsi başlayan gündən döyüşlərə atılıb Vahid Elşad oğlu Qurbanov. – Döyüşüb ki adını doğrultsun! O, öz canını torpaqlarımızın işğaldan azad edilib vahid bayraq altında birləşməsi, elin şad olması üçün qurban edib!
Füzuli, Xocavənd, özəlliklə, Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə xüsusi xidmətləri olub şəhidimizin. Şəhidlik mərtəbəsinə Xocavənd uğrunda gedən döyüşlərdə ucalıb Vahid. Vahid hərbi xidmət zamanı həmişə fəal olub, komandirlərinin tapşırıqlarını layiqincə yerinə yetirib.
İki bacının tək qardaşı idi Vahid. 30 oktyabrda axırıncı dəfə anası və bacılarıyla danışıb. Deyib: “Ana, özündən muğayət ol! Hər şey yaxşı olacaq! Məndən narahat olma”.
Bacılarına deyib: “Anama yaxşı baxın, onu fikirləşməyə qoymayın”.
Noyabrın 2-də ailəyə xəbər çatıb ki, “Vahid 30 oktyabrda Xocavənd döyüşlərində qəhrəmancasına şəhid oldu. Başınız sağ olsun”! Dərin sükutdan və evin tək oğlunun əbədi itkisinin verdiyi ağır kədərdən sonra... “Vətən sağ olsun!” deyib Şəhidin babası! Bir ailə oğul itirdi, bir ölkə qazandı! Bir oğul hələ 19 yaşındaykən ailəsinin, nəslinin başını əbədi uca etdi!
Azərbaycan Böyük Vətən Müharibəsində Əyyublu kəndinin ilk şəhididir Vahid! Vahid Əyyublu kənd qəbristanlığında torpağa tapşırılıb. Torpağımız şəhid məzarları ilə daha da əzizləşir, daha da doğmalaşır. Bu torpaqları Vətən edən əcdadın ruhu şaddır!
DÖVLƏTİMİZ, VƏTƏNİMİZ, XALQIMIZ VAR OLSUN!
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO














