Yol hərəkəti qaydalarının şərhi çapdan çıxıb - FOTO

Yol hərəkəti qaydalarının təsbit olunduğu «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun kommentariyası kütləvi tirajla dərc olunub. Bu, ölkəmizin tarixində yol hərəkəti qaydalarının ilk kommentariyasıdır. Avtosfer.az-ın məlumatına görə, kommentariya yol hərəkəti sahəsində bir neçə kitabın, çoxlu sayda publisistik və elmi məqalələrin müəllifi olan hüquqşünas Ərşad Hüseynov tərəfindən yazılıb. Kommentariya yol hərəkəti və hüquq sahəsində tanınmış alimlər (ATU-nun kafedra müdiri Sülhəddin Gözəlov, AMEA-nın şöbə müdiri, professor Habil Qurbanov, BDU-nun professoru Firudin Səməndərov, dosent Sübhan Əliyev) tərəfindən bəyənilərək, ona müsbət rəy verilib.
Şərh olunan Qanunun məzmununa uyğun olaraq kommertariya iki kitabda dərc olunub. Birinci kitabda yol hərəkəti qaydalarının, yol nişanlarının və nişanlanma xətlərinin şərhi yerləşdirilib. İkinci kitabda isə yol hərəkəti təhlükəsizliyinə dair normaların, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, texniki baxışı qaydalarının, sürücülük vəsiqəsinin əldə edilməsi və dəyişdirilməsi qaydalarının, yol hərəkəti təhlükəsizliyinə nəzarətə dair normaların şərhi verilib.
Kommentariyanın hazırlanmasında əsas hədəf ölkəmizdə yol hərəkəti qaydalarına münasibəti yeni səviyyəyə qaldırmaq, bu sahədə cəmiyyətin elmi-praktiki vəsaitə olan ehtiyacını ödəməkdir. İndiyədək ölkəmizdə yol hərəkəti qaydalarının şərhi yazılmamışdı. Ona görə də cəmiyyətdə bəzən eyni məsələyə tamam fərqli yanaşmalar müşahidə edilirdi. Müəllif bunları nəzərə almağa çalışıb, yol hərəkəti qaydalarının, yol nişanları və nişanlanma xətlərinin hamı üçün asan başa düşülən tərzdə, sadə və məntiqli izahını verməyə cəhd edib. Kommentariyada qanunvericilikdə olan müəyyən incə məqamlara xüsusi diqqət yetirilib, həmin normaların necə tətbiq edilməli olduğuna aydınlıq gətirilməsinə çalışılıb.
Müəllifin əsas diqqət etdiyi məsələlərdən biri yol hərəkəti qaydalarının məntiqini açmaq, onlara riayət edilməsinin hansı zərurətdən doğduğunu göstərmək, bunun əksinin necə arzuolunmaz nəticələr doğura biləcəyini vurğulamaq olub. Kitabda verilmiş çoxlu sayda rəngli illüstrasiyalar hərəkət qaydalarını, nişan və nişanlanmaların mənasını dərk etməyi xeyli asanlaşdıracaq. Yol hərəkəti qaydalarının şərhi bu sahədə beynəlxalq və milli qanunvericiliyə istinad olunmaqla, dünyada və ölkəmizdə təşəkkül tapan qabaqcıl təcrübə nəzərə alınmaqla verilib.
Kitablar kütləvi oxucu, yəni sürücülər, piyadalar, habelə yol hərəkətinin təşkili sahəsində çalışanlar və yol hərəkəti qaydalarını tədris edənlər üçün nəzərdə tutulur. Ona görə də istər adi sürücülər və sürücü olmaq istəyənlər, istərsə də yol hərəkətinə aid fəaliyyətlə məşğul olan peşəkarlar yol hərəkəti qaydalarını öyrənmək, öz peşəkarlıq səviyyəsini artırmaq, müəyyən qaranlıq məqamları aydınlaşdırmaq üçün bu kitablardan yararlana bilərlər. Bu kitablar sürücülük imtahanına mükəmməl hazırlaşmaq üçün əvəzsiz vəsait ola bilər. DYP əməkdaşları isə bu kitablardan gündəlik fəaliyyətlərində praktiki vəsait kimi yararlana bilərlər.
Kitabları kitab mağazalarından, habelə «Digesta» nəşriyyatından (Ünvan: Bakı ş., Mətbuat pr. - 24. Tel.: (012) 510 24 19; (050) 473 73 81) əldə edə və ya olduğunuz yerə çatdırılmasını sifariş edə bilərsiniz.
Emin
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...












