Yol polisi ilə bağlı gülməli lətifələr

Avtosfer.az bu gündən başlayaraq yol polisləri ilə bağlı maraqlı və gülməli lətifləri təqdim edir. Ümid edirik ki, oxucularımız da yol polisi ilə bağlı eşidib bildikləri, başlarına gələn maraqlı əhvalatları bizə yazıb göndərəcəklər. İ[email protected] ünvanı hər zaman xidmətinizdədir.
Yol polisi saxladığı sürcünün içkili olub-olmadığını yoxlamaq istəyir:
- Bura üfür görüm.
Sürcü çıxarıb polisin ona uzatdığı qaba 50 manat atır.
- Yenə üfür.
Sürücü 20 manat atır.
- Olmadı, yenə üfür.
Sürcü bu dəfə də 10 manat atır.
- Ə, astmasan? Noolub, bir də üfür, birinci dəfəki kimi!
***
1990-cı illərin Bakısı, polis yolda maşını saxlayır.
- Saxla, saxla… Qırmızıda keçdin.
- Doğrudan, rəis, bağışla, amma mən Məmmədin qohumuyam, kişiyə zəng etmək istəmirəm, qoy çıxım gedim.
- Hansı Məmmədi deyirsən, ə?
Sürücü cibindən min manat çıxarıb yol polisinə uzadır.
- Bax, bu şəkildəki kişini deyirəm, tanıdın, rəsi?
- Hə, tanıdım, Allah canını sağ eləsin. Başqa şəkilləri yoxdu? Mən də onu çox istəyirəm, bir-ikisini ver, biz də ürəyimizin üstündə gəzdirək...
- Yox rəis, kişinin albomunu maşında gəzdirmirəm.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












