Yol polisi "taksini" belə sındırdı – FOTOLAR - VİDEO

Paytaxtda yol polisinin sürücüyə qarşı davranışı yəqin bu mətni oxuyanları da dəhşətə gətirəcək. 2014-cü ildə Azərbaycanda yol polisi sürücünün əmlakını "uff" demədən para-para edir. Buna görə də heç bir etirazla qarşılaşmır. Görüntülər milli.az-ın əməkdaşının avtomobilindəki video-registratora düşüb. Hadisə ötən gün axşam saat 18:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığında baş verib. Sumqayıt istiqamətində hərəkət edən taksilərdən biri yolun icazə verilməyən yerində dayanaraq müştəri yığmağa başlayır. Ərazidə xidmət aparan yol polisi əməkdaşları təcili olaraq maşını sürməyi tələb edirlər. Tələblər fayda vermir. Bunu görən polislər tələb edirlər ki, inzibati protokol tərtib edilməsi üçün maşını yolun sağında saxlasın, ancaq sürücü bu tələbə də əməl etmir. Bütün göstərişləri qulaq ardına vuran sürücü yol polisi inspektorunun qəzəbinə tuş gəlir. İnspektorlardan biri avtomobilin üzərindəki "taksi" nişanını götürərək yerə vurub para-para edir. Sürücü yalnız bundan sonra maşını sürərək gedir.
Burada kimdir günahkar? Polisin tələbinə əməl etməyərək yolu kəsən, tıxac yaradan, yüzlərlə maşını arxasında gözləməyə vadar edən sürücü, yoxsa əsəblərinə hakim olmayan yol polisi əməkdaşı? Doğrusunu Daxili İşlər Nazirliyinin araşdırmasından sonra bilmək olar.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















