Yol qəzaları əleyhinə ən təsirli VİDEOÇARX – 18+

Bəzən düşünürük ki, ağır yol qəzaları yalnız Azərbaycanda baş verir, ən kobud, ən intizamsız sürücülər bizdədir. Yox. Elə deyil. Dünyanın hər yerində ağır yol qəzaları baş verir və burada da intizamsız, qaydaları əməl etməyən sürücülərin rolu çoxdur. Fərq ondadır ki, inkişaf etmiş ölkələrdə ağır yol qəzaları baş verdikdə bunun başlıca səbəbi öyrənilir və aradan qaldırılır. Bu cür qəzaların qarşısını almaq üçün biri-birindən təsirli sosial çarxlar hazırlanıb televiziyalarda, digər kütləvi informasiya vasitələrində yayılır. Çünki yol qəzalarının baş verməsinin qarşısını almaq üçün nə qədər nizam-intizam yaradılsa da, təbliğat daha böyük təsirə malikdir və müsbət rol oynayır. Təəssüflər olsun ki, Azərbaycanda yol hərəkəti qaydalarının daha çox pozulduğu, qəzaların və qəzalarda ölənlərin, şikəst qalanların sayının artdığı, eləcə də qəzaların ağırlıq dərəcəsinin ortaya çıxdığı bir dövrdə təbliğat aşağı səviyyədədir. Avtosfer.az saytının başlıca missiyası yol hərəkəti sahəsində insanların maarifləndirilməsi, hüquq və vəzifələrini öyrənməsi və bununla da yol qəzalarının sayının azalmasına təkan verməkdir.
Təqdim etdiyimiz sosial çarx yol qəza hadisələrinin sayının azaldılmasını və intizamsız sürücələrə qarşı dünyanın ən təsirli çarxlarından biri hesab olunur. Gəlin, hamılıqla izləyək və öz payımızı götürək. Çünki ani diqqətsizlik, sükan arxasında telefondan istifadə, təhlükəsizlik kəmərindən istifadə etməmək, qayda pozmaqla ətrafdakılara özünü göstərmək kimi əməllər elə bizdə də var. Bəlkə də sadaladığımız bu əməllər bizdə özünü daha artıq göstərir. Bu isə yol hərəkətində heç də uğurlu iş deyil.
Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












