“Yollardakı çıxıntıların əsas əhəmiyyəti parklanma üçün şərait yaratmaqdır” - RƏY

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yolların layihələndirilməsi həyata keçirilir. Bu zaman həmin yollarda müəyyən çıxıntılar inşa edilir. Bəs çıxıntıların əhəmiyyəti nədən ibarətdir?
Avtosfer.az-ın məlumatına görə nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında bildirib ki, belə çıxıntıları inşa etməzdən əvvəl həmin yolda müşahidə aparmaq, onların mənfi effekt verməyəcəyinə tam əmin olmaq lazımdır:
“Bəzi küçələrdə təmir işləri bitdikdən sonra bu çıxıntıların yaxşı effekt verdiyini görürük. Çıxıntıların quraşdırılmasında əsas məqsəd parklanma üçün şərait yaratmaqdır. Bu işlər müvafiq qurumlarla müzakirə edilərək, razılaşdırılaraq, müəyyən hüquqi əsaslar üzərində həyata keçirilir. Bunun təbii ki, müsbət cəhətləri daha çoxdur. Çıxıntıları quraşdırmaqla əsasən parklanma üçün şərait yaradılır. Bununla avtomobillərin səkilərdə park edilməsinin qarşısı alınır.

Avtomobillər həmin çıxıntılarda park edilir və insanların səkilərdə rahat hərəkət etməsi təmin olunur. Artıq insanlar istəsə belə səkidən düşüb yol ilə hərəkət edə bilmirlər. Çünki düşsələr, parklanmış maşınların arası ilə getməli olacaqlar. Eyni zamanda, piyada səkidən düşsə belə, o, hərəkətdə olan avtomobilin yoluna çıxmış olmur. Bu metodlar dünyanın bir çox ölkələrində tətbiq edilir və bunları anlayışla qarşılamaq lazımdır. Həmin çıxıntılarda yol hərəkəti nişanlarını da quraşdırmaq mümkündür. Məsələn, sürücüləri xəbərdar etmək üçün bu çıxıntılarda yolun daralmasını bildirən nişan quraşdırmaq olar”.

Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











