"Yollarla bağlı daha sərt tələblər qoyulmalıdır" - AÇIQLAMA

Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə düşərək həyatını itirib.
Yollarda çökmə halı baş verdikdə təhlükəsizlik tədbirləri necə həyata keçirilir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, yollarda müxtəlif səbəblərdən çökmə halları baş verə bilər:

"Yolların çökməsi zamanı təhlükəsizlik tədbirləri düzgün icra olunmadıqda bu, insan həyatının itirilməsinə səbəb ola bilər. Bu məsələlərə həm normativ sənədlərimizdə, həm də qanunvericiliyimizdə daha sərt tələblər qoyulmalıdır. Əgər yol çökübsə, ərazi dərhal hasarlanmalı və hüdudlandırılmalıdır. Həmin sahəyə giriş müvafiq nişanlanma vasitəsilə məhdudlaşdırılmalıdır. Sürücülər və piyadalar bu vəziyyəti yerindəcə fiziki olaraq görə bilməlidirlər".
Ekspertin sözlərinə görə, kütləvi informasiya vasitələrində də həmin əraziyə dair məhdudiyyətlər barədə məlumat yayılmalıdır:
"Çökmə halı baş verən yola cavabdeh olan qurum öz rəsmi sosial şəbəkə hesablarında bu barədə bildiriş yaymalıdır ki, vətəndaşlar məlumatlı olsunlar. Ümumilikdə, bu məsələdə məsul şəxslər daha diqqətli və operativ davranmalıdırlar".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












